Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Avropa Liqası: 1/4 finalın üç iştirakçısı bəlli oldu
Avropa Liqası

UEFA Avropa Liqasında 1/4 final mərhələsinin ilk 3 iştirakçısı bəlli olub.

"Report"un məlumatına görə, İngiltərənin "Arsenal", "Tottenhem", İspaniyanın "Qranada" və İtaliyanın "Roma" klubları növbəti raunda adlayıblar.

London təmsilçisi Yunanıstan "Olimpiakos"unu mübarizədən kənarlaşdırıb. Romalılar evdə olduğu kimi, Ukraynada da Donetsk "Şaxtyor"unu məğlub edib. "Qranada" isə ilk matçda 2:0 hesabı ilə qalib gəldiyi Norveç "Molde"sinə səfərdə uduzsa da, iki görüşün nəticəsinə əsasən, 1/4 finala çıxıb.

Bu qarşılaşmalarla eyni saatda başlayan "Dinamo" Zaqreb (Xorvatiya) - "Tottenhem" (İngiltərə) matçının əsas vaxtı meydan sahiblərinin qələbəsi ilə başa çatıb - 2:0. İlk oyunda İngiltərə təmsilçisi eyni hesabla qalib gəldiyindən, görüşdə əlavə vaxt oynanılacaq.

Avropa Liqası

1/8 final mərhələsi, cavab oyunları

21:55. "Molde" (Norveç) - "Qranada" (İspaniya) - 2:1

Qollar: Xesus Valyexo, 29 (avtoqol), Eyrik Hestad, 90 (penalti) - Roberto Soldado, 72

İlk oyun - 0:2

21:55. "Arsenal" (İngiltərə) - "Olimpiakos" (Yunanıstan) - 0:1

Qol: Yusuf El-Arabi, 51

İlk oyun - 3:1

Qırmızı vərəqə: Husseynu Ba, 82 ("Olimpiakos")

21:55. "Şaxtyor" (Donetsk, Ukrayna) - "Roma" (İtaliya) - 1:2

Qol: Junior Moraes, 59 - Borxa Mayoral, 48; 72

İlk oyun - 0:3

Qeyd edək ki, 1/8 finalın digər 4 oyunu Bakı vaxtı ilə saat 24:00-da start götürəcək.

Paylaş »
››› Xəstəxanaların can bazarı – Çalış ölmə!
››› “Ermənistanın Zəngəzur dəhlizini açmaması Rusiyaya qarşı demarş olar”
››› Rusiya və Çexiya arasında diplomatik qalmaqal böyüyür
››› “Zəngəzur namus məsələsidir, güzəşt etmək olmaz”
››› Ölkə ərazisindən keçən yük maşınlarına qoyulan 700 dollar tələbi…
››› Zirəddin Rzayev: “Pandemiyanın bitməsi üçün insanlara bir şərt qoyulacaq: çipləşdirmə" - Video
››› Qərbin hədələri Kremli qorxutdu: Qoşunlarını geri çəkir...
Son xəbərlər
Bütün xəbərlər »