Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
İcra başçısının oğlunu öldürən şəxs də əfv olundu
Həbsxana, xəzaçəkmə müəssisəsi, əfv fərmanı

Prezident İlham Əliyevin martın 18-də imzaladığı “Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında” sərəncamın əhatə etdiyi 625 məhkum arasında üç nəfər ömürlük azadlıqdan məhrum edilmiş şəxslər də var. Bunlar 49 yaşlı Azər Aslanov, 47 yaşlı Araz Əhmədov və 40 yaşlı Vüqar Əliyevdir.

Bizimyol.info xəbər verir ki, adları çəkilən şəxslərin ömürlük cəzası 25 il azadlıqdan məhrumetmə ilə əvəzlənib.

Onlardan Vüqar Əliyev 18 ildir ki, həbsdədir. O, 2003-cü ilin mayında Şəmkirdə nişanlısı Lamiyə Quliyeva ilə birlikdə o zaman rayonun icra başçısı olan Aslan Aslanovun oğlu Ruslan Aslanovu qətlə yetirməkdə ittiham edilərək həbs olunub. Onların işinə Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə baxılarkən Lamiyə Quliyeva ifadəsində Ruslan Aslanov ona təcavüz edib, qətli də bu səbəbdən özü törədib, sadəcə, nişanlısı həmin vaxt yanında olub.

Cinayət işinin materiallarında isə iddia olunurdu ki, Vüqar Əliyevin icra başçısının oğlunu qisas məqsədilə öldürüb. İttihamda yazılıb ki, Vüqar Əliyevin atası icra başçısından torpaq sahəsi istəyib, lakin “yox” cavabı alıb. Oğlu da bu üzdən icra başçısının oğlunu öldürüb.

Hadisədən sonra Vüqar Əliyevin atası İbrahim İsmayılov, anası Məlahət İsmayılova, xalası və başqa qohumları da həbs olunmuşdu. Anası, xalası və başqa qohumlar sonradan şərti cəza ilə həbsdən buraxılsa da, atasına 5 il azadlıqdan məhrumetmə cəzası kəsilmişdi.

Hadisə baş verərkən Lamiyə Quliyevanın 16 yaşı tamam olmamışdı. Azərbaycan qanunvericiliyinə əsasən, cinayət törədərkən yetkinlik yaşına çatmayan şəxslərə 10 ildən artıq cəza verilə bilməz.

Ruslan Aslanovun qətlilə bağlı cinayət işini araşdıran Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə Vüqar Əliyev və Lamiyə Quliyevaya onlar üçün qanunvericilikdə nəzərdə tutulmuş ən ağır cəza kəsildi – Vüqar Əliyev ömürlük, Lamiyə Quliyeva isə 10 il azadlıqdan məhrum edildi.

Hadisədən bir müddət sonra Aslan Aslanov Kənd təsərrüfatı nazirinin müavini təyin edildi.

2012-ci ildə - Lamiyə Quliyevanın 10 illik cəzasının başa çatmasına az qalmış həbsdə onun barəsində yeni cinayət işi başlandı. Cəzaçəkmə müəssisəsinin əməkdaşına müqavimət ittihamıyla cəzası artırıldı. 2014-cü ildə onun barəsində daha bir cinayət işi başlandı. Həmin ərəfədə Lamiyə Quliyevanın həbsdə uşaq dünyaya gətirməsi xəbəri mediada yayıldı, bu mövzu ətrafında müzakirələr başladı. Məlum oldu ki, Lamiyə Quliyevanın cəzası ikinci dəfə artırılır.

Məhkəmədə Lamiyə Quliyeva bildirmişdi ki, cəzasının artırılması məqsədilə barəsində başlanmış cinayət işləri, irəli sürülmüş ittihamlar saxtadır. O, baş verənlərin Aslan Aslanovun sifarişilə həyata keçirildiyini iddia edirdi.

Mediadakı müzakirələrdən sonra Lamiyə Quliyeva 2014-cü ildə Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə azadlığa buraxıldı.

Vüqar Əliyev isə ömürlük cəza çəkdiyi Qobustan həbsxanasında iki il əvvəl başqa bir xanımla nikah bağlayıb. Onun ötən il bir övladı dünyaya gəlib.

Aslan Aslanov 2018-ci ildə 56 yaşında böyrək çatışmazlığından vəfat edib.

Paylaş »
››› Xəstəxanaların can bazarı – Çalış ölmə!
››› “Ermənistanın Zəngəzur dəhlizini açmaması Rusiyaya qarşı demarş olar”
››› “Zəngəzur namus məsələsidir, güzəşt etmək olmaz”
››› Qərbin hədələri Kremli qorxutdu: Qoşunlarını geri çəkir...
››› Ölkə ərazisindən keçən yük maşınlarına qoyulan 700 dollar tələbi…
››› Zelenski Rusiyanın Ukrayna ilə sərhəddən qoşunları geri çəkməsinə münasibət bildirib
››› Daha bir ölkə rusiyalı diplomatları deportasiya edir
Son xəbərlər
Bütün xəbərlər »