"İşğaldan azad edilmiş ərazilərimizdə sahibkarlıq fəaliyyətinin və reallaşdırılacaq layihələrin dəstəklənməsi məqsədilə İqtisadiyat Nazirliyinə 470-ə yaxın müraciət daxil olub".
"Report" xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov "Facebook"dakı hesabında bildirib.
Onun sözlərinə görə, layihələrin prioritetliyi təhlil edilir, potensial layihələr müəyyənləşdirilir.