Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Təhsil naziri: “Biz anonim şikayətlərə baxmırıq”
Emin Əmrullayev

“Məktəb 1,6 milyon şagird, 150 min müəllim, 50 min texniki işçi deməkdir. Yəni, bunların arasında hər gün xoşagəlməz hallar olma ehtimalı çox böyükdür, istər fərdi konfliktlər, istər hansısa münasibətlərin pozulması və s.”.

APA-nın məlumatına görə, bunu Təhsil naziri Emin Əmrullayev “Facebook” səhifəsindəki canlı yayımda bildirib.

Onun sözlərinə görə, birinci növbədə məktəblərin özləri, məktəb direktorları, yerli təhsil idarəetmə qurumlarının üzərinə böyük məsuliyyət düşür: “Təhsil Nazirliyi olaraq bizim əsas məsələmiz anonim olmayan şikayətlər məsələsidir. Çünki qanunvericiliyinə görə, biz anonim şikayətlərə baxmırıq. Şikayət edən adamın kim olduğunu bilmək vacib məsələdir, çünki bu, qanunvericiliyin tələbidir. Amma təbii ki, bu halda şikayət edən adamın hüquqlarını da qoruyuruq. Gün ərzində məsələn, sizə belə bir e-mail daxil olur, göndərən adamın adı yerinə “korrupsiya-korrupsiya” yazılır və e-maildə hansısa şəxsin məktəbdə xoşagəlməz hadisə ilə məşğul olduğu qeyd olunur. Burada şikayət edənin kim olduğunu başa düşmək olmur ki, bu şikayətin arxasınca gedək. İstədiyimiz budur ki, bacardıqca şikayət edən adamları tanıyaq və o şikayətlər əsasında davam edək”.

Paylaş »
››› “Madam ki, Minsk Qrupu sirləri açır, mən də bir sirri açım”
››› “Qarabağın bərpası 600 milyarda başa gələcək”
››› Lukaşenkonun Bakı səfəri: Dostluq, yoxsa Rusiyanın “Troya atı”...
››› 120 min azərbaycanlının Rusiyadan deportasiyası hansı çətinliklərə yol açacaq...
››› Rusiya şirkəti Zod qızıl yatağındakı Ermənistan vətəndaşlarını işdən çıxarır
››› "Ermənistan Zəngəzur dəhlizi ilə Azərbaycanı tələyə saldığını düşünür"
››› 30 ildir vaqonda yaşayan qazi: “Heç bir dövlət orqanı gəlib qapımı döyməyib” - Foto, Video
Son xəbərlər
Bütün xəbərlər »