Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Azərbaycanın peşəkar və muzdlu ordusu yaradıla bilər
“Zəfər paradı”na hazırlıq məşqləri: Azərbaycan və Türkiyə Ordusu birlikdə - Video

Azərbaycan tərəfinin hərbi təlimlərə başlamasından bir gün sonra Ermənistan da təlimlərə başladı. Azərbaycan tərəfi yalnız “çətin relyefi olan dağ və meşəlik ərazi” olduğunu açıqladı.

Bu təlimlər dünya mediasının da diqqətini çəkdi və bunun antiterror əməliyyatları üçün keçirilən təlimlərə bənzədiyini yazdılar. Bakı Hadrut olaylarından sonra yeni təxribatçılar ucbatından 10 min əsgəri təlimə yığıb. Digər tərəfdən martın 16-da Ermənistan mediası İrəvan üzərində Azərbaycan hərbi təyyarəsinin uçduğunu, Moskvanın isə bunu sakit şəkildə "Azərbaycanın döyüş planıdır, risk daşımır" şəklində qiymətləndirməsini qeyd etmək lazımdır. Azərbaycan tərəfi bu olayın baş verib-verməməsi barədə susur, Ermənistan isə ölkədə xaos varkən belə bir xəbəri tirajlamaqla fərqli məqsədlər güdə bilər.

Bir neçə gün öncə ATƏT nümayəndələrinə Azərbaycan XİN-in irəli sürdüyü tələblər , ermənilərin Qarabağa mülki geyimli hərbiçilər daşıması, minalanmış sahələrin xəritəsinin verilməməsi, qarşı tərəfin revanşist çağırışları onu deməyə əsas verir ki, antiteror əməliyyatları keçirə bilərik. Bu ehtimal var.

Elə bir regionda yaşayırıq ki, necə deyərlər ayı ilə dost olsan da, gərək çomağı yerə qoymayasan. 44 günlük müharibədən öncə də çoxlarını həmişə bir sual düşündürüb. 30 il münaqişə şəraitində yaşayan dövlət olaraq niyə bizim peşəkarlardan ibarət muzdlu ordumuz olmasın?

Bu fikirləri Müasir İnkişaf Birliyinin sədri, siyasi şərhçi Mübariz Göyüşlü ilə müzakirə edirik.

Mübariz Göyüşlü Mübariz Göyüşlü Müasir İnkişaf Birliyinin sədri, siyasi şərhçi

“Əslində muzdlu ordu söhbəti uzun müddətdir ki, ictimaiyyət, xüsusən də hərbi ekspertlər tərəfindən müzakirə edilir. Dünya təcrübəsində də muzdlu ordu formatı öz effektivliyini göstərir. Muzdlu ordu deyərkən mən də hesab edirəm ki, peşəkar şəxslərdən ibarət olan, mobil qrup halında hərəkət etməyi bacaran, verilən əmr və göstərişləri yüksək dəqiqliklə həyata keçirən bir heyətin yaradılması faydalı ola bilər. Məsələn, Azərbaycanın apardığı II Qarabağ savaşı zamanı xüsusi təyinatlıların göstərdiyi qəhrəmanlıq və şücaət dillərdə dastan oldu. Əlbəttə digər hərbiçilərimizin də əməyini yerə vurmadan deyə bilərik ki, XTQ-nin fəaliyyəti ermənilər üçün ağır və sarsıdıcı idi. Bu mənada XTQ təcrübəsinin genişləndirilməsi, onun üzərində orudmuzu daha da modernləşdirmək, mobilləşdirmək faydalı nəticələr verə bilər. Nəinki 18 yaşı yenicə tamam olmuş, heç bir döyüş və həyat təcrübəsi olmayan gəncləri bir neçə həftəlik təlimlərdən sonra orduda, müharibədə həssas nöqtələrə yönləndirmək...

Türkiyə və Pakistanın Azərbaycana muzdlu ordu yaratmaq üçün dəstəyinin hansı səviyyədə olduğunu, bu istiqamətdə hansı işlərin aparıldığını dəqiq olaraq deyə bilmərəm. Amma Prezident İlham Əliyevin öz çıxışlarında qeyd etdiyi kimi Türkiyə ordusunun kiçik nümunəsini yaratmaq cəhdləri, Pakistanla hərbi-texniki müqavilələrin imzalanması, Türkiyə hərbiçilərinin Azərbaycandakı ordu quruculuğu işinə daha geniş şəkildə cəlb edilməsi əsas verir söyləyək ki, müəyyən çalışmalar var. Bu çalışmalar ordumuzun texnika baxımından, o cümlədən peşəkar hərbiçilərdən ibarət şəkildə formalaşmasına böyük təsir göstərir. Onminlərlə qeyri-peşəkar, döyüş təcrübəsi olmayan gənclərdən ibarət ordunu saxlamağın çox çətinlikləri var. Amma müəyyən qrup peşəkarlardan ibarət hərbi heyət təşkil etməyin, döyüşdə, qaynar nöqtələrdə onlardan istifadə etməyin üstünlükləri çoxdur. Fikrimcə, Azərbaycan Ordusunun rəhbərliyi də bu məqamları görür və yəqin ki, gələcəkdə peşəkar ordu formatını daha da genişləndirəcəkdir”,- deyə ekspert bildirib.

İlhamə Rəsulova

Paylaş »
››› "Ermənistan ya 818 milyardı ödəsin, ya da Zəngəzuru qaytarsın"
››› Arutyunyan Şuşaya gəldiyi iddia edilir: Terroçuların müəyyən hissəsi qaytarılacaq
››› Afaq Bəşirqızının oğluna yüksək vəzifə verilib
››› “İsgəndər” raketlərini Azərbaycana Ermənistan atıb, yoxsa Rusiyanın özü...
››› Zelenski cəbhədə çətin anlar yaşadı - Video
››› Müstəntiqlər Moskvada qətlə yetirilən Əli Heydərovun ölümü ilə bağlı iki versiya irəli sürüb
››› Rusiya Türkiyəyə çarter reyslərinin dayandırılması ilə bağlı qərar verib
Son xəbərlər
Bütün xəbərlər »