Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Təhsil naziri: "Məktəbdaxili qiymətləndirmənin azaldılmasının tərəfdarıyam"
Emin Əmrullayev

“Məktəbdaxili qiymətləndirmə ilə bağlı cəmiyyət olaraq çox köklü və əsaslı müzakirələr aparmalıyıq”.

Bunu Təhsil naziri Emin Əmrullayev “Facebook” səhifəsindəki canlı yayımda bildirib.

Onun sözlərinə görə, pilot qaydada iki məktəbdə qiymətləndirmə prosesinə başlanılıb: “Növbəti illərdən bu prosesin bütün məktəbləri əhatə etməsi planlaşdırılır. Qiymətləndirmənin iki mənası var, biri uşağa onu harada olmasını göstərmək və boşluqları müəyyən edib onu doldurmaq. Sonda uşağın gündəliyində 2, 3, 4, 5 yazılması deyil, onun bacarıqlarının düzgün qiymətləndirilməsi çox vacibdir. Valideynlər də məktəbdən bu tip tövsiyələr tələb etməlidir, nəinki 10 baldan 8 yığıb, yoxsa 9. Qiymətləndirmə ilə bağlı kifayət qədər mürəkkəb məsələlər var, amma ümumən düşünürəm ki, məktəbdaxili qiymətləndirmədə bir neçə istiqamət götürülməlidir. Mən məktəbdaxili qiymətləndirmənin azaldılmasının tərəfdarıyam. Amma bunu yenə də ictimai müzakirə etməliyik”.

Nazir deyib ki, buraxılış imtahanlarının məzmunu da olduqca vacibdir: “İmtahanların məzmunu bizi maraqlandıran məsələ olmalıdır. Biz imtahanlarla bağlı DİM-lə çox sıx işləyirik. Çalışırıq ki, təhsilin məzmunu ilə imtahanlar arasında uyğunluq olsun”.(apa)

Paylaş »
››› Xəstəxanaların can bazarı – Çalış ölmə!
››› “Ermənistanın Zəngəzur dəhlizini açmaması Rusiyaya qarşı demarş olar”
››› Rusiya və Çexiya arasında diplomatik qalmaqal böyüyür
››› “Zəngəzur namus məsələsidir, güzəşt etmək olmaz”
››› Qərbin hədələri Kremli qorxutdu: Qoşunlarını geri çəkir...
››› Ölkə ərazisindən keçən yük maşınlarına qoyulan 700 dollar tələbi…
››› Zirəddin Rzayev: “Pandemiyanın bitməsi üçün insanlara bir şərt qoyulacaq: çipləşdirmə" - Video
Son xəbərlər
Bütün xəbərlər »