Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Oğurluq edən "kommunal xidmət əməkdaşı" tutulub
Həbs

Özünü kommunal xidmət əməkdaşı kimi təqdim edib evdən pul və qızıl oğurlayan şəxs saxlanılıb.

Bizimyol.info xəbər verir ki, DİN-nin mətbuat xidmətindən verilən məlumata görə, paytaxtın Nizami rayonunda mənzillərdən birinə gələn və özünü kommunal xidmət əməkdaşı kimi təqdim edən şəxs evdən oğurluq edib. Nizami Rayon Polis İdarəsinin (RPİ) 24-cü Polis Şöbəsinə (PŞ) müraciət edən zərərçəkən bir nəfərin evə gələrək mənzilin istilik sistemlərini yoxlamaq adı ilə içəri daxil olduğunu və onun başının qarışmasından istifadə edərək dolabdan 3600 dollar və 1500 manatlıq qızıl-zinət əşyaları oğurladığını bildirib. 24-cü PŞ əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat zamanı qeyd edilən hadisəni törətməkdə şübhəli bilinən, əvvəllər dəfələrlə məhkum olunan Vüsal Qənbərov saxlanılıb. O, ifadəsində etdiyi cinayəti etiraf edib. Saxlanılan şəxs barəsində Nizami RPİ-nin İstintaq Şöbəsində araşdırmalar davam etdirilir.

Vüsal Qənbərovun başqa bu kimi cinayətlər etdiyi istisna olunmur. Onun əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa bu barədə ərazi üzrə polis orqanlarına, habelə “102” Zəng Mərkəzinə müraciət edə bilərlər.

Paylaş »
››› ABŞ və Türkiyə Rusiyanı Qarabağdan necə sıxışdırıb çıxaracaq... - Rusiya mətbuatı
››› Rusiya 120 min azərbaycanlını geri göndərmək istəyir
››› Paşinyandan Naxçıvan açıqlaması – “Reytinqini daha da qaldırmağa çalışır”
››› Gəncləşən ölüm və artırılan pensiya yaşı: “Pensiyaçıların hesabına irəli düşmək istəyirlər”
››› “Şahbaz məhkəmədə Azərbaycan bayrağını təhqir elədi”
››› Hücum diplomatiyasına keçməliyik: Azərbaycanlılar Ermənistana qayıtmalıdır
››› Rusiya Türkiyənin Ukraynaya dəstəyindən narazılığını bildirib
Son xəbərlər
Bütün xəbərlər »