Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Emin Əmrullayev: “Şagirdin dərs yükünü azaltmaq lazımdır”
Emin Əmrullayev

“Məktəbdaxili qiymətləndirmə ilə bağlı köklü və əsaslı müzakirələr aparılmalıdır. Pilot qaydada iki məktəbdə qiymətləndirmə prosesinə başlanılıb. Bunun sonrakı illərdə digər məktəbləri də əhatə etməsi planlaşdırılır”.

“Report” xəbər verir ki, bunu təhsil naziri Emin Əmrullayev deyib.

Nazir qeyd edib ki, əvvəlki illərlə müqayisədə indi məktəbin tədris prosesi dəyişib: “Əgər dəyişiklik yoxdursa deməli ciddi problem mövcuddur. Sonda uşağın gündəliyində 2,3 və ya 4-5 qiymətinin yazılması yox, onun bacarıqlarının qiymətləndirilməsi daha vacibdir. Məktəbdaxili qiymətləndirmədə bir neçə istiqamət olmalıdır. İlk növbədə şagirdin dərs yükünü azaltmaq lazımdır. Qiymətləndirmənin sayının azaldılmasının tərəfdarıyam. Amma təbii ki, bu məsələ müzakirə edilməlidir”.

Onun sözlərinə görə, buraxılış imtahanlarında da məzmun dəyişilməlidir: “Aidiyyəti qurumlarla daim sıx əməkdaşlıq şəklində işləyirik. Çalışırıq ki, dərsliklərdə olan məzmun imtahana da salınsın. Çoxseçimli cavabların başqa alternativlərlə əvəz olunmasını istəyirəm”.

Paylaş »
››› ABŞ və Türkiyə Rusiyanı Qarabağdan necə sıxışdırıb çıxaracaq... - Rusiya mətbuatı
››› Rusiya 120 min azərbaycanlını geri göndərmək istəyir
››› Diaspor Komitəsinin keçmiş sədrinə məxsus bahalı əmlak əlindən alındı
››› Nazim İbrahimov haqqında sensasiyalı iddialar
››› Rusiya Türkiyənin Ukraynaya dəstəyindən narazılığını bildirib
››› Türkiyə səfiri Azərbaycanı tərk edib
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
Son xəbərlər
Bütün xəbərlər »