Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Putin: “ABŞ dünyada nüvə silahı tətbiq edən yeganə ölkədir”
Vladimir Putin

“Bütün sanksiyalara və təhqirlərə baxmayaraq, onlar bununla hesablaşmalı olacaqlar”.

APA-nın Moskva müxbirinin xəbərinə görə, bunu Rusiya Prezidenti Vladimir Putin amerikalı həmkarı Cozef Baydenin onun haqqında dediklərinə münasibət bildirərkən deyib.

“O ki qaldı Amerika isteblişmentinə, ümumilikdə Amerika xalqının deyil, orada bizimlə birlikdə sülh və dostluq şəraitində yaşamaq istəyən çoxlu düzgün insanlar var, biz bunu qiymətləndiririk. Rəhbər, idarəetmə təbəqəsinin isə şüuru mürəkkəb şəraitdə formalaşıb. Belə ki, Amerika qitəsinin avropalılar tərəfindən mənimsənilməsi yerli əhalinin məhv edilməsi ilə bağlıdır. Bu gün deyildiyi kimi soyqırımı ilə, hindu tayfasının birbaşa soyqırımı ilə... Daha sonra isə bu proses böyük sərt quldarlıq dövrü ilə davam edib. Bütün bunlar tarixdə ABŞ-ın həyatını müşayiət edir. Bəs onda “Qaraların həyatı əhəmiyyət kəsb edir” hərəkatı haradan yaranıb? Hələ də afroamerikalılar təqiblərlə və ədalətsizliklə qarşılaşırlar. ABŞ-ın rəhbər təbəqəsi bütün bunlara söykənərək ölkə daxili və xarici siyasət problemlərini həll edir. ABŞ dünyada yeganə ölkədir ki, nüvə silahını tətbiq edib, özü də nüvə silahı olmayan dövlətə qarşı, İkinci Dünya müharibəsinin sonunda, Yaponiyaya qarşı... Bunun tamamilə heç bir hərbi mənası olmayıb. Bu, Yaponiyanın mülki əhalisinin birbaşa məhvi idi. Niyə bu haqda danışıram? Bilirəm ki, ABŞ rəhbərliyi özlərinin marağında olan sahələrdə bizimlə münasibət saxlamaq niyyətindədirlər. Onlar elə fikirləşirlər ki, biz də onlar kimiyik. Lakin biz, başqa insanlarıq. Bizim genetik və mədəni-mənəvi kodumuz başqadır. Lakin biz öz maraqlarımızı müdafiə etməyi bacarırıq. Biz onlarla işləyəcəyik, lakin özümüzün maraqlı olduğu sahələrdə işləyəcəyik və özümüzə sərfəli hesab etdiyimiz şərtlərdə işləyəcəyik. Onlar bununla hesablaşmalı olacaqlar. Bütün sanksiyalara, təhqirlərə baxmayaraq, onlar bununla hesablaşmalı olacaqlar. Bizim milli maraqlarımız ABŞ daxil olmaqla, dünyanın bütün ölkələri ilə münasibətlərimizi inkişaf etdirməkdir”, - deyə Rusiya Prezidenti vurğulayıb.

Paylaş »
››› Türk polkovnik: Türkiyə “Bozdoğan”ı Azərbaycana da verəcək
››› Biz o yazını saytdan sildik, vicdanınıza düşən ləkəni kim siləcək?..
››› Hansı halda sərt karantin ola bilər...
››› 2,4 milyon dollarlıq müalicə: Körpələri tələf edən xəstəlik...
››› Bağçalarda 2 milyon yeyinti: “Birbaşa günahkarı icra başçılarıdır”
››› Rusiya Azərbaycanı Ermənistanın da üzv olduğu Gömrük İttifaqına çəkmək istəyir...
››› İşğalçıların xarabalığa çevrildiyi Ağdamdan son görüntülər – Fotolar - Videolar
Son xəbərlər
Bütün xəbərlər »