Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ərzaq məhsulları bahalaşıb, əhalinin gəlirləri azalıb: Ekspertlər yeni qiymət artımının anonsunu verdilər
Ərzaq - Market

Dövlət Statistika Komitəsi bahalaşan məhsulları açıqlayıb və orta aylıq əməkhaqqının 3 % azaldığını bildirib.

2021-ci ilin fevral ayında ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 102,1%, əvvəlki ilin fevral ayına nisbətən 105,2% təşkil edib.

Məlumata görə, cari ilin fevral ayında əvvəlki aya nisbətən ayrı-ayrı ərzaq məhsullarından daha çox bahalaşma unun, manna və qarabaşaq yarmasının, makaron məmulatlarının, peçenyenin, vaflinin, toyuq ətinin, təzə və dondurulmuş balığın, südün, yoqurtun, xamanın, kəsmiyin, pendirin, yumurtanın, kərə və bitki yağlarının, limonun, portağalın, naringinin, bananın, almanın, armudun, heyvanın, narın, xurmanın, fındığın, şabalıdın, kələmin, xiyarın, pomidorun, balqabağın, bibərin, badımcanın, kartofun, soğanın, sarımsağın, şəkər və şəkər tozunun, şokolad məmulatlarının, çayın, kola içkisinin, meyvə şirəsinin, arağın qiymətində baş verib.

Dövlət Statistika Komitəsinin digər məlumatına görə, Azərbaycanda orta aylıq əməkhaqqı 3 % azalıb.

Bu ilin yanvar ayında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 3 % azalaraq 690,9 manat təşkil edib. İqtisadiyyatın mədənçıxarma sənayesi, maliyyə və sığorta fəaliyyəti, informasiya və rabitə, peşə, elmi və texniki fəaliyyət, eləcə də nəqliyyat və anbar təsərrüfatı sahələrində orta aylıq nominal əməkhaqqı daha yüksək olub.

Xalid Kərimli Xalid Kərimli

İqtisadçı-ekspert Xalid Kərimli Bizimyol.info-ya açıqlamasında ərzaq məhsullarında qiymət artımına səbəb olan amilləri açıqlayıb.

“Ölkədə ərzaq məhsullarında 2020-ci ildən başlayan qiymət artımı sürətlə davam edir. Ötən il inflyasiyanın əsas səbəbi ərzaq məhsullarının qiymətləri olmuşdu. Təxminən ərzaq qiymətləri indeksi 5 faiz qalxmışdı. Bu, xidmət və qeyri-ərzaqda təqribən 1-1,3 faiz olmuşdu.

Ərzaq qiymətlərinin bütün istiqamətlər üzrə bahalaşdığı müşahidə edilir. Bunun daxili və xarici səbəbi var.

Xarici səbəb odur ki, ümumiyyətlə qlobal miqyasda ərzağın qiyməti bahalaşır. Doqquzuncu aydır ki qiymət artımı davam edir. 2021-ci ildə dünyada şəkər və yağ məhsullarının sürətlə qiyməti artımını müşahidə edirik. Bu da tədricən ölkəyə ixrac olunacaq. Qlobal miqyasda qiymət artımına səbəb istehsalın azalması, pandemiyanın yaratdığı dəyər zəncirində qırılmaların olması və tələbatın artması ilə əlaqədardır.

Ölkə daxilində qiymət artımına şərait yaradan amillərdən biri odur ki idxal etmədiyimiz məhsulların da maya dəyərinin formalaşmasında xarici amillər əhəmiyyətli rol oynayır.

İnzibati qaydada tənzimlənən qiymətlərin artırılması (benzinin və dizel yanacağının, bəzi kommunal xidmətlərdə qiymət artımı) məhsullardan və xidmətlərdə qiymət artımına səbəb olan daxili amildir. Bu baxımdan biz yaxın aylarda da qiymət artımının davamını görəcəyik. Çünki pandemiyaya baxmayaraq ərzağa istehlak tələbi azalmır. Əksinə artır. Nəticədə bu da qiyməti daimi yuxarıya çevirir. İstehsalların da həm qlobal, həm də yerli miqyasda azalması qiymət artımına səbəblərdən biridir”,-deyə iqtisadçı-ekspert Xalid Kərimli bildirib.

Toğrul Vəliyev Toğrul Vəliyev

İqtisadçı-ekspert Toğrul Vəliyev Bizimyol.info-ya bildirib ki, əhalinin gəlirlərinin azalması rəsmi rəqəmlərdə göstərilən faizlərdən daha çoxdur.

“Bəli, əhalinin gəlirləri azalıb. Rəsmi olaraq təsdiq edilir ki, 2021-ci ilin ilk ayları ilə 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə nəticə neqativdir. İlin əvvəlində bir sıra məhsullarda qiymətlərin artması nəticəsində qiymət artımı daha da yüksəldi. Fikrimcə, Dövlət Statistika Komitəsi bəzi rəqəmləri ictimailəşdirmir. İnfilyasiya və qiymət artımı rəqəmləri reallığa uyğun deyil. Amma hər bir halda dövlət qurumu qiymət artımı və gəlirlərin azadlığını təsdiqləyir.

Orta aylıq nominal əməkhaqqı 3 faiz düşübsə, eyni zamanda inflyasiya 5 faiz olması o deməkdir ki, rəsmi qərəmlərə görə əhalinin gəliri 7-8 faiz azalıb”.

Paylaş »
››› "Ermənistan ya 818 milyardı ödəsin, ya da Zəngəzuru qaytarsın"
››› Cərimələnən restorana sahib çıxan olmadı
››› Afaq Bəşirqızının oğluna yüksək vəzifə verilib
››› Rusiyanın Ukraynaya görə Türkiyəyə təzyiq vasitəsi: hava əlaqəsi dayandırılır
››› Azərbaycanın peykləri hazırda nə işlə mşğuldur...
››› Ramazan ayında sərt qapanma gəlir: İftar süfrələri qorxuludur, yoxsa diskotekalar...
››› Yerevanda Rusiya generalının qızının meyiti tapıldı
Son xəbərlər
Bütün xəbərlər »