Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Sakinlər: Cavid Qurbanov şikayətlərimizi eşitmir - Video
Sabunçu -Şikayət

Bakı şəhəri Sabunçu rayonu 2 aprel küçəsinin sakinləri Azərbaycan Dəmiryolları QSC-dən şikaytçidir.

Bizimyol.info xəbər verir ki, 2 aprel küçəsinin narazı sakinlərindən olan Sahib Səfiyevin sözlərinə görə, ötən il Sabunçu Dəmiryol Vağzalı ADY- tərəfindənbərpa edilən zaman onların evlərinin arxasında olan kanalizasiya borusunu yenilmək “unudulur”.

“Burada 10 illərdir ki, gördüyünüz kanalizasiya yarğanı vardı. Ötən il ADY burada dəmiryol xəttlərini yenilədi. Küçənin əvvəlindən başlayan kanalizasiya yarğanının bir hissəsi dolduruldu və yenisi çəkildi. Lakin bizə məxsus 8 evin arxasında olan ərazi saxlanıldı. Biz işlər davam edən zaman əməkdaşlara yaxınlaşıb öz iradımızı bildirəndə bizə bildirildi ki, gedin hara istəyirsiniz müraciət edin. Qeyd etdiyiniz ərazi doldurulmayacaq”-deyən sakin qeyd edir ki, beləcə yeni çəkilən xətt köhnə yarğana axıdılağa başlayır.

Məsələdən narazı sakinlər bildirir ki, ADY ərazini dəmir barmaqlıqlarla çərçivəyə aldığı üçün ərazidə təmir –tikinti işləri aparmaq üçün texnikanın daxil olması üçün heç bir yol yoxdur.

S.Səfiyev qeyd edib ki, bir neçə gün əvvəl ərazidə qonşulardan birinin evində yanğın hadisəsi baş verib.

Ancaq evlərin arxası kanalizasiya yarğanı olduğu və digər ərazilər dəmir barmaqlıqla əhatələndiyi üçün əraziyə yanğın sönüdümə avtomobilləri daxil ola bilməyib.

Yanğın qonuların yardımı ilə söndürülüb.

Sakinlər problemlə bağlı ADY –yə rəsmi şəkildə müraciət ediblər. Onların istəyi evlərinin arxasından keçən kanalizasiya yarğanının doldurulması və kanalizasiya xəttlərinin yeni çəkilən xətdə bağlanılmasıdır: “ Ya da gəlib barmaqlıqları yığışdırsınlar. Biz də başımızın çarəsinə baxaq. Yoxsa burada yaşayan 8 ailənin evində hər hansı bir problem yaranarsa və bu problemin qarşısını o barmaqlıqlara və bu yarğana görə almaq mümkün olmazsa, məsuliyyəti ADY daşıyacaq. Hazırda biz Cavid Qurbanova rəsmi müraciət etmişik. Müraciətimiz nəticəsiz qalsa, ölkə başçısına müraciət edəcəyik. Əgər bu kanalizasiya xətti çəkilməməli idisə, yuxuarı hissədən niyə doldurulub, yenisi çəkildi? Əgər çəkilməli ididsə, niyə bizim evlərin arxasına düşən hissə olduğu kimi qaldı və bununla yanaşı ərazi dəmir barmaqlıqlarla çərçivəyə alındı?”

Sakinlər bildirir ki, kanalizasiya yarğanı qışda su dolaraq gölməçəyə çevrilir. Yayda is isə üfunət qoxusu və ağcaqanaddan evlərdə oturmaq mümkün olmur.

Paylaş »
››› Arutyunyan Şuşaya gəldiyi iddia edilir: Terroçuların müəyyən hissəsi qaytarılacaq
››› Generaldan generala şikayət: “Deyir naxçıvanlıyam, mənə heç nə etməzlər”
››› Zeynəb Xanlarovanın bacısı oğlu tutulub: Qoca qadınlara qarşı dələduzluq ittihamı - Video
››› Boş qalmış dəbilqələrə bir də dolu tərəfdən baxın
››› Kamil Zeynallı Qarabağ qazisini Maştağada dispanserə yerləşdirdi - Video
››› Navalnı “Qurani-Kərim”ə görə həbsxananı məhkəməyə verdi
››› Videosu yayılan qazini dövlət nəzarətə götürdü - Video
Son xəbərlər
Bütün xəbərlər »