Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Azərbaycan antiterror əməliyyatı keçirəcək
Dinc əhalimizi atəşə tutan düşmən bölmələrinin başına od yağdı

Martın 15-də ATƏT sədri, İsveçin xarici işlər naziri Ann Linde Azərbaycanda rəsmi səfərdə oldu. Bakıdan sonra xanım Linde İrəvana gedib və orada Qarabağdakı terrorçu-separatçı rejimin guya "xarici işlər naziri" David Babayanla da görüşüb. Qəribədir, Azərbaycanla münasibətləri normallaşdırmağa çalışan ATƏT nə üçün separatçı rejimlə görüş keçirmək istəsin?

Xanım Linde David Babayanla Qarabağdakı erməni icmasının təmsilçisi kimi görüşübsə, Bakıda da analoji olaraq Qarabağın azərbaycanlı icmasının rəhbəri ilə görüşməliydi , bunu etmədi.

Bu bir daha sübut edir ki, ATƏT-in Minsk Qrupunun cildində Qərb dövlətləri Azərbaycan ərazisindəki erməni separatçılığına dəstək verirlər.

Bəs Azərbaycan tərəfi ATƏT -in bu təxribatçı hərəkətinə cavab verəcəkmi? Avropalı diplomatların Azərbaycana intensivləşmiş səfərlərinin arxasında nə dayanır? Bizimyol.info-nun bu suallarına cavab verən araşdırmaçı jurnalist və siyasi şərhçi Elçin Alıoğlu hesab edir ki, ATƏT nümayəndələrinin gəlişinin sadəcə bir səbəbi var. Onlar ATƏT-in və Minsk qrupunun təsir imkanlarının azalmasından narahatdırlar və bunu artırmağa çalışırlar.

Elçin Alıoğlu Elçin Alıoğlu

“30 illik münaqişə dövründə ATƏT-in Minsk qrupu status-kvonu qorumaq istəyən və işğalı legitimləşdirməyə çalışan Ermənistana qarşı effektiv təsir imkanlarına malik olmadığını göstərdi.Vətən müharibəsindən sonra ATƏT-in bölgədə təsir imkanları tamamən zəiflədi və indi o, öz dayaqlarını bərpa etməyə çalışır. Amma bizim ondan öz tələblərimiz var və ATƏT buna əməl etməlidir.

Ermənistan tərəfindən 2020-ci il 10 noyabr tarixli üçtərəfli bəyanatın müddəalarına zidd davranış, Azərbaycan ərazilərinə terrorçu qrupun göndərilməsi, öz hərbçilərini mülki geyimdə Azərbaycan ərazilərinə göndərmək cəhdləri, mina xəritələrini Azərbaycana verməkdən imtina etməsi onlara qarşı irəli sürdüyümüz əsas tələbdir və bunu XİN başçısı Ceyhun Bayramov da dilə gətirdi.

Ermənistan sazişə tam əməl etmək istəmir və istəmədiyini bəyan edir. Sülh sazişindən sonra Qarabağa göndərilən və əsir alınan ermənilərin heç biri hərbi əsir sayıla bilməz. ATƏT bunu təsdiqləməlidir. Azərbaycanın təklif etdiyi planlara qarşı revanşistlər yeni müharibə planları ilə çıxış edirlər, ATƏT bunu pisləməlidir. Ermənistan minalanmış ərazilərin xəritələrini verməlidir .Xəritələrin bizə verilməməsi beynəlxalq hüquqa uyğun olaraq bir dövlətin digər dövlətə qarşı müharibə aparması deməkdir. Ermənistan başqa bir dövlətin ərazisini minalayıb və minalarn yerini demirsə, bu hərbi təxribatdır, elan olunmadan müharibə aparmaqdır. Bunun nəticəsində Azərbaycan vətəndaşları həlak olur, şikəst olur. Minalardan təmizlənmə prosesi uzanır, bu özlüyündə ayrıca iqtisadi yükdür və qarşıya qoyulan bərpa işlərini də ləngidir. Azərbyacanın bunları ATƏT-dən tələb etmək haqqı var. Çünki,biz ATƏT-in üzvlük haqqını bu günə qədər bir gün də gecikdirməmişik. ATƏT-in Qarabağla bağlı tutduğu ədalətsiz mövqeyə rəğmən Azərbaycan hər zaman ATƏT-in qənamələri yerinə yetirib və Avropa məkanında əlaqələrin inkişafı, mehriban qonşuluq mexanizmlərindən biri sayıb”,- deyə o qeyd edib.

Elçin Alıoğlu bildirib ki, ATƏT bütün bunlara rəğmən köhnəlmiş bir qurum olduğunu etiraf etmək istəmir.

“Ceyhun Bayramov əslində tələblərimizi dilə gətirməklə Ermənistana yox, məhz ATƏT-ə üz tuturdu. Avropalı diplomatlarla görüşdə bu məsələlərin qabardılması Ermənistana xəbərdarlıq deyil. Çünki, Qarabağ mövzusunda artıq Ermənistan yoxdur. Sərhədlərimiz tamamilə bərpa olunub, Ermənistan burda heç bir rol oynamır. Ermənistan sadəcə üzərinə düşən vəziəfləri yerinə yetirməlidir. Ermənistan hərbi qulluqçularının Laçın dəhlizindən keçirilərək, müxtəlif formalarda Azərbaycan ərazisinə gəldiyini bilirik. Mülki paltarda, inşaat materiallarının altında, avtomobillərin yük yerlərində gəlirlər. Bu Ermənistanın Azərbaycanda terror fəaliyyəti aparmaq niyyətinin göstəricisidir. Azərbaycan bunu ATƏT-in nəzərinə çatdırır və bunu bizim son ultimatumumuz hesab etmək olar. Çünki, Azərbaycan öz torpaqalrında artıq heç bir diversiyanın aparılmasına yol verməyəcək. ATƏT bunu anlamalıdır. Bunu diplomatik dillə başa salmağa çalışırıq. ATƏT deyir Minsk qrupunun fəaliyyəti Qafqazda çox müəammalı şəkildə qalır. Biz isə deyirik ki, Minsk qrupunun fəaliyyətsizliyi nəticəsində onun işi çox psi qiymətləndirildi və xitam verildi. Analoji vəziyyət ATƏT-i də gözləyə bilər. Azərbaycan antiterror əməliyyatı keçirməyə məcbur olacaq və bu terrorçuların axırına çıxacaq. Mina xəritəsinin təqdim edilməməsi heç bir humanizmə sığmır bu bəşəri cinayətdir. Ona görə təcili şəkildə iki əsas məsələni götürərək işə başlamdıdır. Biz Ermənistanın ərazi bütövlüyünü tanıyırıq. Bəs Ermənistan bunu etməyə hazırdırmı? . ATƏT bu işlə məşğul olmalıdır. Yoxsa yalançı başmaq səfərləri və boş bəyanatlar verəcəksə o ölü bir təşkilata çevriləcək. ATƏT indi öz nüfuzunu qaldırmaq üçün dediyimiz məsələlərin həllinə özü çalışmalıdır”.

İlhamə Rəsulova

Paylaş »
››› Rusiya 120 min azərbaycanlını geri göndərmək istəyir
››› Paşinyandan Naxçıvan açıqlaması – “Reytinqini daha da qaldırmağa çalışır”
››› Gəncləşən ölüm və artırılan pensiya yaşı: “Pensiyaçıların hesabına irəli düşmək istəyirlər”
››› Hücum diplomatiyasına keçməliyik: Azərbaycanlılar Ermənistana qayıtmalıdır
››› ABŞ və Türkiyə Rusiyanı Qarabağdan necə sıxışdırıb çıxaracaq... - Rusiya mətbuatı
››› “Şahbaz məhkəmədə Azərbaycan bayrağını təhqir elədi”
››› Paşinyanın Moskvadakı qapalı görüşdən səs yazısı yayıldı
Son xəbərlər
Bütün xəbərlər »