Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Batalyon komandiri döyüşdən qaçdı, əsgərləri öldürüldü və ya əsir alındı
Ermənilər meyitlərini yığır

44 günlük Qarabağ müharibəsi zamanı döyüşdən qaçan daha bir erməni zabitinə qarşı cinayət işi qaldırılıb.

Virtualaz.org erməni KİV-lərinə istinadən xəbər verir ki, qondarma “dqr müdafiə ordusu”nun təlim batalyonlarından birinin komandiri müharibə zamanı döyüş meydanından qaçıb. Nəticədə onun əsgərlərindən çoxu öldürülüb, əsir alınıb və yaralanıb. Bu haqda Ermənistan İstintaq Komitəsinin məlumatında bildirilir.

Qeyd olunur ki, bununla bağlı cinayət işi qalıdırılıb. Cinayət işinin materiallarına əsasən komandir İ.Vahanyan döyüş əməliyyatlarının gedişi zamanı öz funksiyalarını yerinə yetirməyib, birbaşa rəisinin-özündən yuxarı komandirin əmrinə tabe olmayıb və döyüş meydanını özbaşına tərk edib. Nəticədə batalyonun şəxsi heyəti ağır itkilər verib. Əldə olunmuş sübutlar əsasında Vahanyana ittiham elan olunub, o həbs edilib.

Xatırladaq ki, müharibə ərzində Ermənistan ordusunda 10 minə qədər fərari qeydə alınıb. Onların barəsində cinayət işləri qaldırılıb, lakin istintaq fərarilərin barəsində qərar verməyə çətinlik çəkir.

Paylaş »
››› Polis rəisi “haqq” ödəməyən vətəndaşı tutdurdu... – “Əynindəki paltarı cıraraq başından zərbələr endirdilər”
››› Kamil Zeynallı Qarabağ qazisini Maştağada dispanserə yerləşdirdi - Video
››› Məktəb direktorunun qızı: Anamı xəstəxanada öldürüblər... - Fotolar
››› Rusiya Zəngəzurda hərbi baza yaradır
››› "Şəxsiyyət vəsiqəmə öz şəklini vuraraq 2,5 milyon dollarımı mənimsəyib" - Video
››› "Qarabağı ermənilər dağıtdı, Bakıda da bunlar..."
››› Ana oğlunu qorumaq üçün Prezidentə müraciət edib: “Deyirlər, generalı təhqir etmisən”
Son xəbərlər
Bütün xəbərlər »