Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Baydenin Putini "qatil" adlandırmasının pərdəarxası nədir...
Baydenin Putini "qatil" adlandırmasının pərdəarxası nədir...

ABŞ prezidenti Co Bayden bildirib ki, əgər ölkəsində seçkilərin saxtalaşadırılması faktı təsdiqlənsə, Rusiya Prezidenti Vladimir Putinə şəxsən xəbərdarlıq edəcək.

Bizimyol.info-nun məlumatına görə, o bu barədə ABC News-a müsahibəsi zamanı danışıb. O jurnalistin sualına cavab olaraq bildirib ki, kəşfiyyat bir neçə ölkənin seçkiləri qarışdırmaq cəhdi barədə məlumat əldə edib və o bu barədə yanvar ayında Putinlə telefon söhbəti zamanı danışıb. “Bizim söhbətimiz uzun oldu. Mən onu nyaxşı tanıyıram. Elə söhbətimiz də belə başladı ki, biz bir-birimizi tanıyırıq.Əgər mən müəyyən etsəm ki, bu hadisə baş verib, o zaman hazır olun!”,- deyə xəbərdarlıq etdim. Jurnalistin “Siz Putini tanıyırsınız, o qatildirmi?” sualına Bayden , bir qədər düşünərək, “hesab edirəm ki, hə” cavabını verib. Baydenin bu açıqlamasından sonra Birjalarda kəskin dalğalanmalar qeydə alınıb. Rəsmi Moskvanın bədəl ödəyəcəyi barədə düşüncələr dollar rubl nisbətini dolların xeyrinə dəyişdirib. MİCEX dəyərini itirərək 3,515, RTC 1,503-ə düşüb.

ABŞ- Rusiya arasında yaranmış vəziyyəti Bizimyol.info-ya şərh edən siyasi şərhçi Əziz Əlibəyli hadisələrin pərdə arxasında Ukraynada yaranmış hərbi böhranın dayandığını dilə gətirib.

Əziz Əlibəyli Əziz Əlibəyli

“Bayden demokratların prezidenti kimi Rusiya ilə bağlı götürdüyü öhdəlikləri var. O, Rusiyaya qarşı sərt kurs götürəcəyini öncədən bəlli etmişdi. Amma niyə məhz indi addım atdı? Belə bir üslub gözləmədiyini Rusiya tərəfi də açıqladı. Baydenin gündəmə qəfildən belə bir “bomba” atması bundan sonrakı əməkdaşlığın xarakterini müəyyənləşdirdi.Bu açıqlamadan sonra birjalarda rublun və qiymətli kağızların dəyəri itdi. Rusiya Dumasının rəhbəri Vyaeslav Volodin belə bir açıqlama verdi ki, Bayden isterik açıqlama verib, hisslərinə qapanıb. Baydenin bu açıqlamasının arxasında Ukraynada baş verən hadisələr dayanır. Separatçıların Donetskdə aktivləşməsi, Ukraynanın müharibəyə başalayacağı barədə xəbərlər sözsüz ki, rol oynayıb. Görünür ,bağlı qapılar arxasında Bayden Rusiyadan separatçılara dəstək verilməməsini xahiş edib və “ yox” cavabı aldığına görə belə bir açıqlama verib. Bayden bu gün Rusiyadakı müəyyən yüksək ranqlı məmurlara qarşı sanksiyalar paketini artıq imzaladı və bu gündən qüvvəyə minəcək.

ABŞ-ın yüksək rütbəli diplomatlarından ibarət komissiyası bu gün Moskvaya gələcək və yəqin ki, ortaq nöqtə axtarılacaq. Əlbəttə, Rusiya Putinə qatil deyilməsindən və sanksiyaların tətbiq edilməsindən məmnun deyil. Hələlik görünən odur ki, tərəflər sərt qarşıdurma yolunda irəliləyirlər”

İlhamə Rəsulova

Son xəbərlər
Bütün xəbərlər »