Beyləqan rayonunda üçmərtəbəli orta məktəb binasında yanğın olub.
Bizimyol.info xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən verilən məlumatata görə, Beyləqan rayonunda üçmərtəbəli orta məktəb binasının birinci mərtəbəsinin dəhlizində quraşdırılan elektrik lövhəsi yanıb.
Bina yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.