Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ermənistana təbii qaz Azərbaycan üzərindən gedəcək: "Bu, tarixi şansdır"
Neft kəməri  - BTC

Azərbaycan Dövlət Neft Şirkəti və "Qazprom” şirkəti martın 16-da Rusiya qazının Ermənistana nəqli üzrə qısamüddətli müqavilə imzalayıb.

"Şimali Qafqaz – Zaqafqaziya” qaz kəmərində planlı təmir işləri apardığına görə 3 həftə ərzində Ermənistana qaz SOCAR vasitəsilə Azərbaycan üzərindən göndəriləcək. İşlər bitdikdən sonra qazın nəqli əvvəlki marşrutla – Rusiya və Gürcüstan sərhədindən nəql ediləcək.

SOCAR-ın idarə rəisinin müavini İbrahim Əhmədov bildirib ki, Rusiya özünə məxsus təbii qazın müəyyən ödəniş müqabilində Azərbaycandan Gürcüstan sərhədinə qədər ötürülməsini xahiş edib.

Məsələnin iqtisadi tərəfindən əlavə burada bir siyasi gedişatda dayanır. Bu, regiondakı son reallığı əks etdirir. Çünki, 10 noyabr sazişi kommunikasiyaların bərpasını da ehtiva edirdi. Lakin bir şərtlə ki, Ermənistan qaydalara əməl etsin. Hələlik görünən odur ki, Ermənistan sazişin bütün şərtlərinə əməl eləmək istəmir. Sazişin 9-cu bəndindəki maddə - kommunikasiyaların açılması məhz Ermənistan tərəfindən gecikdirilir. Süni əngəllər yaradılır. Azərbaycan isə bu addımla öz humanist yanaşmasını bir daha sərgilədi. Ermənistan tərəfi bu fürsətdən yararlanacaqmı? Milli Məclisin üzvü Sevil Mikayılova bu durumu şərtləndirən siyasi gedişatı Bizimyol.info-ya şərh edib:

Sevil Mikayılova Sevil Mikayılova

“Azərbaycanın növbəti jesti sülhə nə qədər açıq olmasının nümayişidir. Ermənistan alternativ kommunikasiyalar istəyirsə, iradə göstərməlidir. Revanşistlər bu müqaviləni təslimçilik kimi görsələr də, bu müqavilə Ermənistanın xilasıdır. Bu müqavilə onların müstəqilliyini təmin etməsə də, iqtisadi inkişafları üçün təminat yaradacaq. Ermənistan anlamalıdır ki, Azərbaycanın bu jesti tarixi imkandır. Kommunikasiyaların açılmasından ən çox yararlanacaq ölkə Ermənistandır. Çünki dalana dirənən tərəf Ermənistan idi. Ermənistanın qış aylarında qaz təchizatı 2,5 milyard kubmetr, llik təchizat həcmi 12 milyard kubmetr təşkil edir, amma anbarlarının qazı ehtiyat üçün saxlamaq imkanı 6 milyard kubmetrə bərabərdir. Yəni bu o deməkdir ki, qaz xətlərində problem yaransa, ölkə çətin vəziyyətə düşəcək. Enerji təchizatı da həmçinin. İqtisadiyyatı ayaqda saxlayan bu iki sahənin dayanması külli miqdarda zərbə dəyməsi deməkdir. Ermənistan indi ağıllı düşünüb, ərköyünlüyü kənara qoymağı bacarmalıdır. Bu tarixi addımdan yararlanmamaq, bu səhifəni də cırıb atmaq daha acınacaqlı nəticələrə gətirəcək. Bunu siyasi rəhbərlik anlayır. Müxalif qüvvələr də yəqin ki, anlayacaq. Düşünməyəcəklərsə, nəticələrə də özləri qatlanmalı olacaq”,- deyə deputat bildirib.

Ermənistana gedəcək qazın Azərbaycan üzərindən keçməsi cəmiyyətimizdə bir qədər təəccüblə qarşılansa da, Azərbaycanın xeyrinədir. Azərbaycan Ermənistana öz qazını da sata bilər və bu Azərbaycan üçün əlavə təsir mexanizmləri yaradır, İrəvanı bizdən daha asılı vəziyyətə gətirə bilər.

Ermənistan əhalisinin vəziyyəti qəbul etməsi və barış mühitinin yaranmasına da faydalı ola bilər. “Bu bizm nəyimizə lazımdır?” deyənlərə: İnkişıafın yolu savaşdan yox, güclü iqtisadiyyatdan keçir.

İlhamə Rəsulova

Paylaş »
››› "Ermənistan ya 818 milyardı ödəsin, ya da Zəngəzuru qaytarsın"
››› Cərimələnən restorana sahib çıxan olmadı
››› Rusiyanın Ukraynaya görə Türkiyəyə təzyiq vasitəsi: hava əlaqəsi dayandırılır
››› Afaq Bəşirqızının oğluna yüksək vəzifə verilib
››› Azərbaycanın peykləri hazırda nə işlə mşğuldur...
››› Ramazan ayında sərt qapanma gəlir: İftar süfrələri qorxuludur, yoxsa diskotekalar...
››› Yerevanda Rusiya generalının qızının meyiti tapıldı
Son xəbərlər
Bütün xəbərlər »