Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Azərbaycanda COVID-19-un yeni növünün təhlükəsi – karantin rejimi sərtləşdirilə bilər
Karantin

Sabah Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqi gözlənilir. Brifinqdə qəbul edilmiş sərt qərarlar barədə açıqlama veriləcəyi ehtimal edilir. Buna səbəb kimi isə Azərbaycanda koronavirusun yeni növü olan Britaniya ştammının tapılması ehtimalı qeyd olunur.

Qeyd edək ki, koronavirusun Britaniya ştammı daha təhlükəli, sürətlə yayılan, ağır keçirilən sayılır. Avropada bir çox ölkələr üçüncü dəfə qapanmaya məhz Britaniya ştammının yayılmasının qarşısını almaq məqsədilə gediblər. (Report)

Koronavirusun yeni növü olan Britaniya ştammının Azərbaycanda tapılması rəsmi qaydada təsdiqlənməsə də, ölkədə təhlükəli infeksiyaya yoluxanların sayının artması bu ştammın olması ehtimalına əsas verir.

Sevindik Şirinov Sevindik Şirinov

Həkim Sevindik Şirinov Bizimyol.info-ya bildirib ki, hər kəs bu mərhələdə canlı ünsiyyətlərin minimuma endirilməsi üçün əlindən gələni etməlidir və peyvəndləmə prosesi mütləq şəkildə sürətləndirilməlidir.

“Artıq son bir həftə ərzində COVID-19 virus infeksiyasına yoluxanların sayı demek olar ki əvvəlki günlərə nisbətən qat-qat artmaqda davam edir. Artıq bu xəstəliyin fəsadları nədir, xəstəliyə qarşı hansı tədbirlər qismən effektlidir, bu haqda ən azından birinci və ikinci qapanmalardan bizə məlumdur. Bildiyimiz kimi qarşıda bayram günləri var. Bayram həftəsi ilə bağlı qarşıdakı günlərdə insanların istirahət üçün rayonlara üz tutması istisna olunmur. Təbii ki, bu da insanların bir-birilə kontakt olması yoluxma sayının çoxalmasına gətirib çıxardacaq”,-deyə S.Şirinov bildirib.

Həkimin sözlərinə görə, karantin rejiminin sərtləşdirilməsi gözlənilir: “Yəqin ki, hər birimiz Operativ Qərargahın martın 19-da keçəcək brifingin nəticələrini gözləyirik. Amma görünür ki, Operativ Qərargahın bayramla əlaqədar qapanmalara getməsi istisna olunmur.

Artıq bildiyimiz kimi, Avropanın bir sıra ölkələrində üçüncü dalğa təhlükəsi var, hətta bəzi ölkələrdə sərt karantin qaydaları tətbiq olunub. Azərbaycanda COVİD-19 Britaniya ştampı aşkar edildiyi haqda hələ rəsmi qurumlardan dəqiq məlumat yoxdur. Hər birimiz ehtiyatlı olmalıyıq. Bunun üçün hər birimiz sosial izolyasiya qaydalarına, sadə gigiyenik tədbirlərinə riayət etməli və planlı şəkildə vaksinasiya olmalıyıq. Qeyd etmək istərdim ki, aparılan araşdırmalar onu göstərir ki, vaksinasiya Britaniya ştampının da qarşısını alır”.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, dünən Azərbaycan Respublikasında koronavirus infeksiyasından 268 nəfər müalicə olunaraq sağalıb, 840 yeni yoluxma faktı qeydə alınıb. COVİD-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 9 nəfər vəfat edib.

Hazırkı dövrədək ölkədə 242 min 491 nəfərin koronavirus infeksiyasına yoluxma faktı müəyyən edilib. Onlardan 231 min 638 nəfər müalicə olunaraq sağalıb, 3 min 307 nəfər vəfat edib. Aktiv xəstə sayı 7 min 546 nəfərdir.

Ötən müddət ərzində 2 milyon 736 min 493 test aparılıb. Bugünkü test sayı isə 10 min 23-dür.

Nazirlər Kabineti yanında Operativ Qərargahın digər məlumatına görə, martın 16-da Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına qarşı 11 295 nəfər vaksinasiya olunub.

Bildirilib ki, hazırkı dövrədək ölkədə koronavirus infeksiyasına qarşı 462 951 nəfər peyvəndlənmə prosesində iştirak edib. Qeyd olunub ki, vaksinasiya respublikamızın bütün rayonlarında uğurla davam etdirilir.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) son məlumatına görə, Dünyada COVID-19-a yoluxanların sayı 119,96 milyon nəfəri ötüb.

Təşkilatın məlumatına görə, dünyada koronavirusa yoluxma ilə bağlı təsdiq edilmiş halların sayı 119 960 700 təşkil edir. Qeyd edilir ki, pandemiya ərzində dünyada koronavirusdan ümumilikdə 2 656 822 insan ölüb.

ÜST dövlətlər tərəfindən verilən və yalnız rəsmi olaraq təsdiqlənmiş məlumatları yayır.

Paylaş »
››› Türk polkovnik: Türkiyə “Bozdoğan”ı Azərbaycana da verəcək
››› Biz o yazını saytdan sildik, vicdanınıza düşən ləkəni kim siləcək?..
››› Hansı halda sərt karantin ola bilər...
››› 2,4 milyon dollarlıq müalicə: Körpələri tələf edən xəstəlik...
››› Bağçalarda 2 milyon yeyinti: “Birbaşa günahkarı icra başçılarıdır”
››› Rusiya Azərbaycanı Ermənistanın da üzv olduğu Gömrük İttifaqına çəkmək istəyir...
››› İşğalçıların xarabalığa çevrildiyi Ağdamdan son görüntülər – Fotolar - Videolar
Son xəbərlər
Bütün xəbərlər »