Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Rusiyalı nazirdən Turan ordusu barədə əsəbi açıqlama
Türkiyə və Azərbaycan bayraqları

Türk dövlətlərinin ordusunun yaranması ideyası əvvəllər bir neçə dəfə səslənib. Qarabağ müharibəsindən sonra bu haqda daha çox danışılmağa başlanılıb. Çünki həmin döyüşlərdə türk dövlətlərinin eyni mövqedən çıxış etmək nümunəsi ortaya qoyulmuşdu. Belədirsə, niyə Turan ordusu yaradılmasın?

Bizimyol.info xəbər verir ki, Qazaxıstan mətbuatına müsahibə verən Rusiyanın Xarici İşlər naziri Sergey Şoyqu türk dövlətlərinin vahid ordusunun yaranması ideyasının əleyhinə danışıb. Nazir məsələyə ciddi yanaşmadığını ortaya qoyub.

“Bilmirəm bunu danışanları siyasətçi adlandırmaq olar, ya yox. Yaxşı, bu haqda düşünməklərini başa düşdük, bəs hansısa addım atmaq barədə fikirləşirlərmi? Nə üçün və kimə qarşı ordu yaradırlar? Rusiyada yetərincə çox sayda türk xalqlarının nümayəndələri yaşayır. Bizim ölkə çoxmillətlidir. Biz əsrlərdir birlikdə yaşayırıq”.

Sergey Şoyqu Sergey Şoyqu

Şoyqudan Türkiyə ilə münasibətlər haqda da soruşublar. Rusiyanın Müdafiə naziri Ankara ilə münasibətlərin heç də sadə olmadığını, hətta çətinliyi ilə seçildiyini bildirib. Buna baxmayaraq, Şoyqu çox məhsuldar iş getdiyini söyləyib. Nazirin fikrincə, ölkələr arasındakı əsas əngəl Türkiyənin NATO üzvü olmasıdır.

“Əlbəttə, bu amil bizə mane olur. Amma özlüyündə ölkələrdən birinin NATO üzvü olması, digərinin olmaması da bir təcrübədir. Onlar ümumi dil tapırlar, birlikdə işləyirlər, mümkünsüz görünən yerlərdə güzəştlər axtarıb tapırlar. Biz istənilən halda həll variantlarını tapa bilirik”.

Şoyqu müsahibədə Qarabağdan  da söz açıb. O, tərəfləri yola gətirməyin çətinliyindən danışıb.

“Hamını dilə tutmaq lazım gəlirdi. Elə bir tərəf yox idi ki, desin, mən razıyam, başqalarını yola gətirin. Türk həmkarlarla da danışırdıq. Bu gün görülən ən əsas iş odur ki, insanlar bir-birini öldürməyi dayandırıb”.

Şoyqu problemin həllində Rusiya və Türkiyənin xüsusi rol oynadığını bildirib. Nazir deyib ki, düşmən tərəflərin bir gün sülh içində yaşayacağına ümidini heç vaxt itirməyib.

Paylaş »
››› Xəstəxanaların can bazarı – Çalış ölmə!
››› “Ermənistanın Zəngəzur dəhlizini açmaması Rusiyaya qarşı demarş olar”
››› Rusiya və Çexiya arasında diplomatik qalmaqal böyüyür
››› “Zəngəzur namus məsələsidir, güzəşt etmək olmaz”
››› Ölkə ərazisindən keçən yük maşınlarına qoyulan 700 dollar tələbi…
››› Zirəddin Rzayev: “Pandemiyanın bitməsi üçün insanlara bir şərt qoyulacaq: çipləşdirmə" - Video
››› Koronavirus xəstələrindən rüşvət alanların saxlanma görüntüləri - Video
Son xəbərlər
Bütün xəbərlər »