"Hazırda Bakıda və Abşeron yarımadasında dumanlı hava şəraiti müşahidə olunur".
Bizimyol.info xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova bildirib.
G.Məmmədova qeyd edib ki, dumanın əmələ gəlmə səbəbi gecə saatlarında yerüstü səthin soyuması və havanın temperaturunun aşağı düşməsidir: "Xəzər dənizi üzərində formalaşan duman qatı arabir güclənən cənub-qərb küləyi nəticəsində Abşeron yarımadasına daxil olub. Belə hava şəraiti martın 18-i gün ərzində, 19-u gecə və səhər saatlarında fasilələrlə davam edəcək".