Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
12 yaşında universitetə girən Amerikalı vunderkind NASA-da işləmək istəyir - Video
Alina Uiker

ABŞ-ın Arizona ştatından olan 12 yaşlı qız artıq məktəbi bitirərək, universitetə ​​daxil olub. O, daha sonra NASA-da işləyərək kosmik tədqiqatlarla məşğul olmaq niyyətindədir.

Bu barədə “Unilad” nəşri xəbər verir.

Bildirilir ki, Alina Uiker uşaqlıqdan bəri “Lego” konstruksiyaları qurmağı sevib.

Ev təhsili sayəsində o, 12 yaşında orta məktəb tədris proqramını tamamlayıb və artıq Arizona Dövlət Universitetində təhsilinə başlayacaq.

Alina astronomiya, planetar elmlər və kimya sahələrində təhsil almağı planlaşdırır. O, 16 yaşına gəldikdə isə NASA-da işə düzəlmək və kosmik tədqiqatlar, xüsusən də Mars gəzintiləri üçün avadanlıqlar yaratmaq niyyətindədir.

“Yaşınızın və nə etməyi planlaşdırdığınızın heç bir əhəmiyyəti yoxdur. Bunu edin, xəyal qurun və sonra isə nail olun”, - deyə amerikalı qız uğurlarını şərh edib.

Paylaş »
››› “Madam ki, Minsk Qrupu sirləri açır, mən də bir sirri açım”
››› “Qarabağın bərpası 600 milyarda başa gələcək”
››› Lukaşenkonun Bakı səfəri: Dostluq, yoxsa Rusiyanın “Troya atı”...
››› 120 min azərbaycanlının Rusiyadan deportasiyası hansı çətinliklərə yol açacaq...
››› Rusiya şirkəti Zod qızıl yatağındakı Ermənistan vətəndaşlarını işdən çıxarır
››› "Ermənistan Zəngəzur dəhlizi ilə Azərbaycanı tələyə saldığını düşünür"
››› 30 ildir vaqonda yaşayan qazi: “Heç bir dövlət orqanı gəlib qapımı döyməyib” - Foto, Video
Son xəbərlər
Bütün xəbərlər »