Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
ÜST “AstraZeneca” ilə bağlı qərarını açıqladı
ÜST “AstraZeneca” ilə bağlı qərarını açıqladı

Ümumdünya Səhiyyə Təşkilatı bir çox ölkələrdə qanda laxtalanma yaratması səbəbindən istifadəsi dayandırılan “AstraZeneca” vaksini ilə bağlı qərarını açıqlayıb.

“Qafqazinfo” xəbər verir ki, açıqlamada vaksinin faydalarının zərərlərindən çox olduğu bildirilib.

“Tətbiqinə davam edilməlidir. ÜST Qlobal Vaksin Təhlükəsizliyi Məsləhət Komitəsi “AstraZeneca” peyvəndi üçün mövcud olan son təhlükəsizlik məlumatlarını diqqətlə təhlil edir. Bu təhlillər bitəndə ÜST nəticələri ictimaiyyətlə bölüşəcək”, - açıqlamada deyilir.

Qeyd edək ki, “AstraZeneca” vaksininin istifadəsi Niderland, İrlandiya, Norveç, Danimarka, İslandiya, Avstriya, Rumıniya, İtaliya, İndoneziya və Bolqarıstan daxil olmaqla, bir çox ölkələrdə qanda laxtalanma yaratması səbəbindən dayandırılmışdı.

Son xəbərlər
Bütün xəbərlər »