Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Brent” markalı neft ilin sonunda 65 dollara satılacaq
“Brent” markalı neft ilin sonunda 65 dollara satılacaq

“Brent” markalı neftin qiyməti cari ilin birinci rübündə orta hesabla 55 ABŞ dolları, ikinci və üçüncü rübündə isə 60 dollar, daha sonra isə 65 dollar səviyyəsində gözlənilir.

“Report” xəbər verir ki, belə bir proqnoz “Deutsche Bank”ın hesabatında yer alıb.

Bank ekspertlərinə görə, WTI markalı neft müvafiq olaraq 52 dollara, 57 dollara, 62 dollara satılacaq. Bütövlükdə kredit balansının artması ilə qarşıdakı 6-12 ay ərzində neftin hətta 100 dollaradək bahalaşa biləcəyi irəli sürülür.

Qeyd edək ki, martın 17-də günorta hərraclarında “Brent” 0,99 faiz bahalaşaraq 67,71 dollardan, WTI isə 0,76 faiz bahalaşaraq 64,31 dollardan satılıb.

Son xəbərlər
Bütün xəbərlər »