Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Şentop: “Türkiyə və Azərbaycanın əməkdaşlığı bütün türk cümhuriyyətləri üçün örnəkdir”
Mustafa Şentop

“2020-ci il Dağlıq Qarabağ münaqişəsinin həlli və Azərbaycanın işğal altındakı torpaqlarını azad etməsi baxımından tarixi dönüş nöqtəsi oldu”.

APA-nın xəbərinə görə, bunu Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Mustafa Şentop Manas Universiteti və Türkdilli Ölkələrin Parlament Assambleyası (TÜRKPA) tərəfindən “Türk dünyasının dünəni, bu günü və gələcəyi” mövzusunda keçirilən simpoziumda çıxışı zamanı deyib.

“Qardaşlığımızdan irəli gələrək Azərbaycana haqlı mübarizəsində verdiyimiz dəstək bütün dünyanın diqqətini çəkib. Azərbaycanla hər sahədə mükəmməl səviyyədə olan əlaqələrimiz bundan sonra da “iki dövlət, tək millət” anlayışı çərçivəsində davam edəcək”, - deyə Türkiyə parlamentinin sədri qeyd edib.

M. Şentop Türkiyə ilə Azərbaycan arasında təsis edilən tarixi əməkdaşlıq və qardaşlıq hüququnun bütün türk cümhuriyyətləri üçün müstəsna bir örnək olduğuna inandıqlarını da vurğulayıb.

Paylaş »
››› Müharibə bitib, diplomatik savaş ən qaynar fazaya keçib
››› “Yaşın çoxdur deyib işə almırlar, yaşın azdır deyib pensiya vermirlər”
››› “Tıq-tıq” nağıllarını Tiktok rüsvayçılığı əvəz edəndən sonra..
››› Qərb mətbuatı: “Türk dronları Azərbaycana qələbə gətirdi”
››› Mal əvəzinə naz satan qızlar: “Almasanız, müdir məni qovacaq”
››› Laçındakı Həkəri körpüsü erməni şirkəti tərəfindən təmir edilir…
››› Ərzaq qiymətlərinin yüksəlməsi Rusiyada böyük narazılıq dalğası yaradıb
Son xəbərlər
Bütün xəbərlər »