Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
NATO Baş katibi: “Qara dənizdə mövcudluğumuzu artırmağa çalışırıq”
Yens Stoltenberq

“Qara dənizin təhlükəsizliyi bizim üçün prioritetdir”.

APA-nın xəbərinə görə, bunu NATO Baş katibi Yens Stoltenberq Gürcüstanın Baş naziri İrakli Qaribaşvili ilə Brüsseldə keçirdiyi birgə mətbuat konfransında deyib.

O, alyansın Rusiya qoşunlarının regiondakı mövcudluğundan narahat olduğunu qeyd edib və Rusiyanı qoşunlarını geri çəkməyə çağırıb.

“Rusiya Krımdan Qara dənizdə mövcudluğunu artırmaq məqsədi ilə istifadə edir. Biz də Qara dənizdə mövcudluğumuzu artırmağa çalışırıq. NATO Gürcüstanın beynəlxalq səviyyədə tanınmış ərazi bütövlüyünü və suverenliyini dəstəkləyir və biz birgə işləməyə davam edirik. Biz Rusiyanı Cənubi Osetiya və Abxaziyadan qoşunlarını çıxarmağa çağırırıq”, - deyə Baş katib bildirib.

Paylaş »
››› Xəstəxanaların can bazarı – Çalış ölmə!
››› “Ermənistanın Zəngəzur dəhlizini açmaması Rusiyaya qarşı demarş olar”
››› “Zəngəzur namus məsələsidir, güzəşt etmək olmaz”
››› Qərbin hədələri Kremli qorxutdu: Qoşunlarını geri çəkir...
››› Ölkə ərazisindən keçən yük maşınlarına qoyulan 700 dollar tələbi…
››› Zelenski Rusiyanın Ukrayna ilə sərhəddən qoşunları geri çəkməsinə münasibət bildirib
››› Daha bir ölkə rusiyalı diplomatları deportasiya edir
Son xəbərlər
Bütün xəbərlər »