Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Bayden Putini "qatil" adlandırdı
Co Bayden və Vladimir Putin

Co Bayden ABŞ prezidenti seçiləndən Rusiyaya qarşı güzəştsiz mövqe ortaya qoyacağını bildirib. Onun sanksiyalarda israr etdiyi də sirr deyil.

Bizimyol.info xəbər verir ki, Bayden Rusiya prezidenti Vladimir Putini qatil adlandırıb. Dövlət başçısı jurnalist Corc Stefanopulosa müsahibəsində Kremlin ABŞ prezidenti seçkilərinə müdaxiləsindən danışıb. O, Rusiyanın bunun hesabını ödəyəcəyini söyləyib.

Baydenii sözlərinə görə, yanvarda Putinlə telefon danışığı zamanı Rusiya prezidentini seçkilərə müdaxilə təsdiqini tapacağı halda sərt addımlar atılacağı barədə xəbərdar edib. Dövlət başçısı konkret hansı addımlardan söhbət getdiyini deməyib. Bəlkə də, Bayden məhz mümkün sanksiyalara eyham vurur. Çünki bir neçə gün əvvəl ABŞ-ın Rusiyaya qarşı sanksiyaları həyata keçirəcəyi haqda məlumat yayılmışdı.

“Mən sizi, siz də məni tanıyırsınız”, - Baydenin dediyinə görə, Putinlə söhbətə belə başlayıb. ABŞ prezidenti bundan sonra sanksiyalardan da danışdığını bildirir. Bayden deyib ki, Rusiya ilə birlikdə işləməyə hazırdırlar. Bir şərtlə ki, strateji hücum silahlarının məhdudlaşdırılmasıyla bağlı razılaşmanın müddəti uzadılsın. “Əcnəbi liderlərlə söhbət edəndə onların kim olduğunu bilmək lazımdır”, - Baydenin bu sözlərini də xəbərdarlıq kimi qəbul etmək olar.

Stefanopulosun “Putini qatil sayırsınızmı?” sualına Bayden konkret cavab verib. ABŞ prezidenti “bəli” deyib.

Bayden əvvəlki müsahibələrindən birində demişdi ki, Putinlə 2011-ci ildə üz-üzə gələndə ona gerçəkdən kim olduğunu deyib. ABŞ-ın indiki prezidenti Kremlin başçısına “sizin ruhunuz yoxdur” söylədiyini iddia edir.

Kreml Baydenin fikrini şərh etməyə tələsmir. Dövlət Dumasının sədri Vyaçeslav Volodin hamıdan əvvəl səsini çıxarıb. O, deyilənləri “gücsüzlüyün isterikası” adlandırıb. Volodin “Putin yoxdursa, Rusiya yoxdur” fikrinin müəllifidir.

Böyük ehtimalla Bayden Putini Aleksey Navalnıya qarşı sui-qəsdə görə qatil adlandırır. Rusiya müxalifətinin lideri Putinin onu öldürtmək əmrini verdiyini açıq mətnlə dilə gətirmişdi. Bayden də fərqli düşünmür.

Paylaş »
››› Rusiya 120 min azərbaycanlını geri göndərmək istəyir
››› Paşinyandan Naxçıvan açıqlaması – “Reytinqini daha da qaldırmağa çalışır”
››› Gəncləşən ölüm və artırılan pensiya yaşı: “Pensiyaçıların hesabına irəli düşmək istəyirlər”
››› ABŞ və Türkiyə Rusiyanı Qarabağdan necə sıxışdırıb çıxaracaq... - Rusiya mətbuatı
››› Hücum diplomatiyasına keçməliyik: Azərbaycanlılar Ermənistana qayıtmalıdır
››› “Şahbaz məhkəmədə Azərbaycan bayrağını təhqir elədi”
››› Paşinyanın Moskvadakı qapalı görüşdən səs yazısı yayıldı
Son xəbərlər
Bütün xəbərlər »