Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Azərbaycan işğal edilmiş 3 rayonun boşaldılması üçün vaxt verdi, ermənilər vandallıq, barbarlıq törətdilər”
Evini yandıran erməni

Azərbaycan Prezidenti, Ali Baş Komandanı İlham Əliyev işğaldan azad edilmiş ərazilərə növbəti dəfə edib. Dövlət başçısı bu dəfə Füzuli və Xocavənd rayonlarında olub, Hadrut qəsəbəsində dövlət bayrağımızı qaldırıb və çıxış edib.

Qeyd edək ki, Hadrut qəsəbəsinin işğaldan azad edilməsi böyük əhəmiyyətə malik olan bir əməliyyat kimi qiymətləndirilir. Hərbi-strateji əhəmiyyəti baxımından Hadrutun azad edilməsi 44 günlük savaşın taleyini müəyyən etdi. Təsadüfi deyil ki, müxtəlif ölkələrin aparıcı elmi mərkəzlərində Azərbaycan Ordusunun həyata keçirdiyi Hadrud əməliyyatının yaxından öyrənilməsinə başlanılıb.

Prezident Hadrutdakı çıxışında toxunduğu bir məqam xüsusilə diqqəti çəkir. O, bildirib ki Azərbaycan Ordusu mülkü erməni əhalisini hədəf seçməyib və yalnız terrorçulara qarşı əməliyyat keçirib. “Deyə bilərəm ki, bütövlükdə 44 günlük müharibə zamanı mülki erməni əhali arasında itkilər kifayət qədər az idi. Ona görə ki, Azərbaycan Ordusu heç vaxt mülki əhaliyə qarşı müharibə aparmamışdır. Ermənilərdən fərqli olaraq, biz müharibə dövründə ancaq hərbi birləşmələrə qarşı müharibə aparmışıq, onları məğlub etmişik, onları torpaqlarımızdan qovmuşuq. O ki qaldı, mülki əhaliyə, Ermənistanın statistikasına görə, müharibə dövründə təqribən 40-a yaxın mülki şəxs həlak olmuşdur. Onların da böyük əksəriyyəti məhz hərbi əməliyyatlarda iştirak edən mülki şəxslər idi”,-deyə Prezident İlham Əliyev bildirib.

Ədalət Verdiyev Ədalət Verdiyev

Hərbi ekspert Ədalət Verdiyev bildirib ki, hərbi-strateji əhəmiyyəti baxımından Hadrutun azad edilməsi 44 günlük savaşın taleyini müəyyən etdi.

Hərbi eskpert Şuşaya yol açan Hadrut qəsəbəsinin azad edilməsi üçün Hadrut əməliyyatının dünyanın hərb elmi üçün əhəmiyyətli hadisə olduğunu bildirdi: “Hadrut döyüşləri Azərbaycan Ordusunun əldə etdiyi qələbələr arasında özünəməxsus yer tutur. Hadrut yerləşdiyi ərazi baxımından həm Cəbrayıl, həm Füzuli, həm də sonradan Şuşa istiqamətində hücumların həyata keçirilməsi üçün əsas mövqe rolunu oynamışdı. Hadrut keçmiş Dağlıq Qarabağın ərazisinə daxil olduğu üçün erməniləri bu ərazilərin azad edilməsi məqsədilə Azərbaycanın hərbi əməliyyatlar keçirəcəyini gözləmirdi.

Cəbrayıl rayonundan sonra düşməni bizi Füzuli istiqamətindən gözləsə də, Azərbaycan əvvəlcə Hadrutu, sonra isə Hadrutdan Füzuli istiqamətində hərbi əməliyyatlarını davam etdirdi. Bu isə düşməni bir qədər yayınmağa imkan verdi. Yəqin xatırlayırsınız, hərbi əməliyyatların ilk günlərində Azərbaycan Füzuli şəhərinə daha yaxın idi. Ermənistanda hər kəs bizi Füzuli istiqamətində hücumu davam etdirməyimizi gözlədiyi vaxtda Azərbaycan ordusu əsas zərbəni Cəbrayıl istiqamətində edib”.

Ə.Verdiyev qeyd edib ki, ümumiyyətlə, Azərbaycan 44 günlük müharibədə düşməni Azərbaycanın milli maraqlarına uyğun fəaliyyət göstərməyə məcbur edə bilmişdi: “Ermənistan ordusu isə onu hər gün mövqelərindən geri çəkməyə məcbur edən Azərbaycan ordusunun bölmələrinə laiqli cavab vermək əvəzinə öz məhdud imkan və potensialını Qarabağda əməliyyatlar teatrı ilə əlaqəsi olmayan ərazilərdə yaşayan mülki əhalinin atəşə tutulması ilə cavab verirdilər. Baxmayaraq ki Azərbaycan onlara dəfələrlə humanitar dəhlizlərin açılması, girovlara tibbi xidmətin göstərilməsi və onların geri qaytarılması kimi humanitar addımlara imza atırdı”.

Hərbi ekspert bildirib ki, bütün bu vəhşiliyə və barbarlığa baxmayaraq, Azərbaycan ordusu bir dəfə də olsun, mülki ermənilərin yaşadığı əraziləri atəşə tutmadı: “Bu isə bir daha Azərbaycanın Ermənistan ərazisində heç bir hərbi hədəflərin olmadığının göstəricisidir.

Noyabrın 10-da üçtərəfli birgə bəyanatın imzalanmasından sonra Azərbaycan Ermənistan tərəfinə 20 gün ərzində işğal edilmiş 3 rayonun boşaldılması üçün vaxt verməsinə baxmayaraq, ermənilər onlara aid olmayan və vaxtı ilə işğal edərək nəzarətlərində saxladıqları infrastrukturun olan-qalan hissəsini də yandırıb məhv etməklə bir daha erməni vandalizminin sərhəd tanımadığını dünya ictimaiyyətinə nümayiş etdirmiş oldular”.

Paylaş »
››› Türk polkovnik: Türkiyə “Bozdoğan”ı Azərbaycana da verəcək
››› Biz o yazını saytdan sildik, vicdanınıza düşən ləkəni kim siləcək?..
››› Hansı halda sərt karantin ola bilər...
››› 2,4 milyon dollarlıq müalicə: Körpələri tələf edən xəstəlik...
››› Bağçalarda 2 milyon yeyinti: “Birbaşa günahkarı icra başçılarıdır”
››› Rusiya Azərbaycanı Ermənistanın da üzv olduğu Gömrük İttifaqına çəkmək istəyir...
››› İşğalçıların xarabalığa çevrildiyi Ağdamdan son görüntülər – Fotolar - Videolar
Son xəbərlər
Bütün xəbərlər »