Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Rusiya qazının Ermənistana Azərbaycandan tranziti Bakının iqtisadi əməkdaşlığa sadiqliyini göstərir - Metyu Brayza
Metyu Brayza

Azərbaycanın istər Rusiyadan, istərsə də digər ölkədən Ermənistana sabit qaz tədarükünü dəstəkləməyə hazır olması İkinci Qarabağ müharibəsindən sonra ölkənin nə dərəcədə humanist fəaliyyət göstərdiyini bir daha nümayiş etdirir.

Bunu Trend-ə ABŞ-ın Azərbaycandakı sabiq səfiri Metyu Brayza Rusiya qazının Azərbaycan ərazisindən Ermənistana nəqli ilə bağlı məlumatı şərh edərkən deyib.

M.Brayza bildirib ki, bu addım Azərbaycanın Ermənistana öz qonşuları ilə reinteqrasiyasında və iqtisadi əməkdaşlıq yolu ilə müharibə yaralararının sağaldılmasında kömək etmək niyyətinin göstəricisidir:

"Ermənistan tərəfindən bu imkandan yararlanmaq müdrik addım olardı. Təəssüf ki, Ermənistandakı siyasi böhran psixoloji şoka yola açıb, nə ölkə rəhbərliyi, nə də sadə vətəndaşlar qarşılarında açılan gözəl imkanları başa düşə bilmir. Əlbəttə ki, 10 noyabr sazişi bu cür imkandır. Bu sənəddə regiondakı bütün nəqliyyat kommunikasiyalarının tam açılacağı qeyd olunub. İndi infrastruktur layihələr baxımından bir çox imkanlar mövcuddur və bunlar Ermənistana da fayda gətirəcək. Ümid edirəm ki, Ermənistan bu imkandan istifadə edəcək".

Paylaş »
››› "Ermənistan ya 818 milyardı ödəsin, ya da Zəngəzuru qaytarsın"
››› Cərimələnən restorana sahib çıxan olmadı
››› Afaq Bəşirqızının oğluna yüksək vəzifə verilib
››› Rusiyanın Ukraynaya görə Türkiyəyə təzyiq vasitəsi: hava əlaqəsi dayandırılır
››› Azərbaycanın peykləri hazırda nə işlə mşğuldur...
››› Yerevanda Rusiya generalının qızının meyiti tapıldı
››› Ramazan ayında sərt qapanma gəlir: İftar süfrələri qorxuludur, yoxsa diskotekalar...
Son xəbərlər
Bütün xəbərlər »