Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Gəncədə daha 2 məktəb koronavirusa görə bağlanıb
Gəncədə daha 2 məktəb koronavirusa görə bağlanıb

Gəncədə iki orta məktəb koronavirus infeksiyası səbəbindən distant təhsilə keçib.

Bu barədə Gəncə şəhər Təhsil İdarəsinin müdiri Anar Qədiməliyev deyib.

Onun sözlərinə görə, Gəncə şəhər 30 saylı tam orta məktəbdə 1 şagirdin, şəhər 13 nömrəli tam orta məktəbdə isə 1 müəllim və 1 şagirdin COVID-19-a yoluxmaları təsdiq olunub. Bu səbəbdən də hər iki məktəbdə dərslərin distant formada keçirilməsinə qərar verilib.

Anar Qədiməliyev həmçinin qeyd edib ki, şəhərdə 47 min şagirdən 9 nəfərində və 5500-dən artıq pedaqoji heyətin 11 nəfərində koronavirus pandemiyası aşkar olunub.(apa)

Son xəbərlər
Bütün xəbərlər »