Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Eskobarın ölkəsində qaydalara uymayanları öldürürlər
Eskobarın ölkəsində qaydalara uymayanları öldürürlər

Kolumbiya dekabr ayından bəri pandemiya ilə bağlı ən ağır günlərini yaşayır.Pablo Eskobarın şəhəri olaraq tanınan Medellində cinayətkar şəbəkələr koronavirusla mübarizəni özləri aparmağa başlayıblar. Belə ki, silahlı dəstələr maska taxmayan, qaydalara uymayan vətəndaşları küçələrdə sorğu sualsız öldürürlər. İşsiziliyin artmasından qəzəblənmiş xalq etiraz aksiyalarının sayını artırıb. Ölkədə xaos yaşanmaqdadır. Paytaxt Boqotada hazırda 669 min 487 nəfərin xəstə olduğu bildirilir.

Hökumət ən sərt karantin tədbirlərini almış olsa da, bu xəstəliyin yayılmasının qarşısını almayıb. Şəhər küçələrində polislə xalq arasında toqquşamalara tez- tez rast gəlmək olur.

Digər tərəfdən cinayətkar dəstələr karantin qaydalarına uymayanlara qarşı özləri tədbir almağa başlamış və ən az virus qədər panika yaratmışdır.

Hürriyetin məlumatına görə, dövlət nəzarətinin olmadığı bölgələrdə əhali cinayətkar dəstələrin özbaşınalığının girovuna çevrilib. Maska taxmayan və küçəyə çıxma qadağasını pozanlar yol ortasında gülllələnir. Bu günə qədər 9 nəfərin öldürüldüyü bildirilib.

Pandemiya dönəmində narkotik kartellərinin fəaliyyətini daha da artırıdığı qeyd edilib.

İlhamə

Son xəbərlər
Bütün xəbərlər »