Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ermənistan müxaliəfti liderinin cinayət işi məhkəməyə göndərilib
Ermənistan

“Vətənin xilası uğrunda” müxalifətdə olan hərəkatın lideri, Ermənistanın keçmiş baş naziri Vazgen Manukyan cinayət işi məhkəməyə göndərilib.

“Report” xəbər verir ki, bu barədə “Novosti Armeniya”ya Ermənistan Prokurorluğunun mətbuat xidməti bildirib.

Bir müddət əvvəl İstintaq Komitəsi cinayət işini məhkəməyə təqdim edilmək üçün prokurorluğa göndərmişdi.

Qeyd edək ki, V.Manukyan martın 4-də Ermənistanın İstintaq Komitəsinə çağırılmış və ondan ölkəni tərk etməmək barədə iltizam alınaraq sərbəst buraxılmışdı.

O, baş nazir Nikol Paşinyanın istefası tələbi ilə fevralın 12-dən 20-dək keçirilən mitinqdəki çıxışında hakimiyyəti güc yolu ilə ələ keçirməyə çağırışlar etməkdə təqsirləndirilir. Ona qarşı Cinayət Məcəlləsinin hakimiyyəti zorla ələ keçirmək, ölkənin ərazi bütövlüyünü pozmağa cəhd və konstitusiya quruluşunu güc yolu ilə dəyişməyə çağırış etmək maddələri üzrə ittiham irəli sürülüb.

Paylaş »
››› ABŞ və Türkiyə Rusiyanı Qarabağdan necə sıxışdırıb çıxaracaq... - Rusiya mətbuatı
››› Rusiya 120 min azərbaycanlını geri göndərmək istəyir
››› Paşinyandan Naxçıvan açıqlaması – “Reytinqini daha da qaldırmağa çalışır”
››› Gəncləşən ölüm və artırılan pensiya yaşı: “Pensiyaçıların hesabına irəli düşmək istəyirlər”
››› “Şahbaz məhkəmədə Azərbaycan bayrağını təhqir elədi”
››› Hücum diplomatiyasına keçməliyik: Azərbaycanlılar Ermənistana qayıtmalıdır
››› Rusiya Türkiyənin Ukraynaya dəstəyindən narazılığını bildirib
Son xəbərlər
Bütün xəbərlər »