Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Məhv olan təhsil və təhsil haqqını ödəyə bilməyən tələbələr…
Təhsil Nazirliyi

Dünyada  bir ildən artıqdır davam edən pandemiya maddi ziyanla bərabər həm də təhsilə çox böyük zərbə vurdu.

Aylarla məktəblər, universitetlər bağlı qaldı. Evində internet, online dərsə qoşulmaq üçün şəraiti olmayan tələbə və şagirdlər demək olar ki, təhsildən 1 il geri qaldı. Yaşayış səviyyəsini olduqca aşağı düşən əhali artıq təhsil xərclərini ödəyə bilməyəcək vəziyyətə çatıb. Bağlanan iş yerləri, dövlət idarələrində ixtisarlar və s. elə həddə çatıb ki, insanlar gündəlik xərclərinin qarşısında aciz qalıb. Bununla bərabər təhsil haqqını ödəyə bilməyən tələbələrin sosial şəbəkələrdə carəsizcə etdikləri paylaşımlar insanı çox duyğulandırır.

Paylaşımlardan birində qeyd olunur: “Üçüncü kurs tələbəsiyəm və təhsil haqqını ödəməyə maddi gücüm çatmır. Universitet isə məni dərslərə girməyə qoymur və 1 həftə ərzində həmin məbləği ödəməsəm “Teams” hesabım belə silinəcək. Məbləğ 2000 Azn-dir”.

Üç il öncə universitetlə müqavilə imzalayan tələbə dünyada bu qədər qlobal hadisələrin olacağanı haradan bilərdi? Tələbə niyə başqa insanlardan mədət ummalıdır?

Məsələ ilə bağlı Bizimyol.info-nun suallarını cavablandıran təhsil eksperti Elçin Əfəndi bildirib ki, belə hallar getdikcə çoxalıb.

Elçin Əfəndi Elçin Əfəndi

“Bu məsələdə həm valideynin, həm də universitetin haqqı var. Birincisi hər bir universitetin daxili qaydası var. Tələbə universitetə qəbul olan zaman müqavilə imzalanıb və bu öhdəliyə görə təhsil haqqı ödənilməlidir. Ödənilmədiyi halda, ikinci semestrdə tələbə universitet tərəfindən təhsil müəsisəsindən xaric oluna bilər. Lakin indiki vəziyyətdə bunu belə şəkildə etmək doğru davranış deyil”.

Ekspert onu da bildirib ki, dövlət sosial baxımdan həssas ailələr üçün təhsil xərcləri ödədi və o, bir semestri əhatə etdi.

“İkinci semestrdə qarşıya qoyulan məqsəd bu oldu ki, biz tələbə krediti verəcəyik. Tələbə krediti ondan ibarətdir ki, hər hansı sosial həssas qrupa daxil olan tələbə Təhsil Nazirliyinə müraciət edərək müvafiq kredit götürür və həmin kredit universitetə ödənilir. Sonra isə əgər tələbə təqaüd alırsa və ya çalışırsa, özü o krediti geri qaytarır. Amma yenə də bu vəziyyətdən çıxış yolu deyil. İstənilən halda hər bir universitet mövcud durumu nəzərə alıb bütün tələbələrin xeyrinə, humanist addım atmalı idi. Hesablanmalı və ən azından 500-600 manat tələbənin xeyrinə güzəşt olunmalı idi. Aylıq bölünərək tələbənin ödəyə bilməsi üçün imkan yaradılmalı idi. Əgər həmin tələbə birinci semestri ödəmiş olsaydı, bu zaman heç kəs onu universitetdən xaric edə bilməzdi”,- deyə bildirib.

Leyla Mirzə

Paylaş »
››› Xəstəxanaların can bazarı – Çalış ölmə!
››› “Ermənistanın Zəngəzur dəhlizini açmaması Rusiyaya qarşı demarş olar”
››› “Zəngəzur namus məsələsidir, güzəşt etmək olmaz”
››› Qərbin hədələri Kremli qorxutdu: Qoşunlarını geri çəkir...
››› Ölkə ərazisindən keçən yük maşınlarına qoyulan 700 dollar tələbi…
››› Zelenski Rusiyanın Ukrayna ilə sərhəddən qoşunları geri çəkməsinə münasibət bildirib
››› Daha bir ölkə rusiyalı diplomatları deportasiya edir
Son xəbərlər
Bütün xəbərlər »