Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Erməni terrorçularının Azərbaycana gəlməsinə Rusiya göz yumur, Qərb azadlıq tələb edir
Laçın dəhlizi

Beynəlxalq təşkilatlar və bəzi ölkələr Azərbaycandan terrorçuların azad edilməsini istəyir. Amma Azərbaycan ərazisinə terrorçurların gətirilməsinə susurlar.

ATƏT-in fəaliyyətdə olan sədri Ann Linde ilə görüşdən sonra keçirilən mətbuat konfransında xarici işlər naziri Ceyhun Bayramov bildirib ki, hətta indi də Ermənistan gecə qaranlıq vaxtda tikinti üçün nəzərdə tutulmuş maşınlarla hərbçilərini Azərbaycana göndərməyə cəhd edir: “Bu məsələ BMT Baş Assambleyasına da çatdırıldı, bununla bağlı beynəlxalq medianın materiallarına da istinad edilib. Beynəlxalq təşkilatlar bu məsələdə Ermənistana təzyiq etməli, hər bir tərəf üzərinə götürdüyü öhdəliyi yerinə yetirməlidir”.

Xarici İşlər naziri qeyd edib ki, ATƏT sədrinin qeyd etdiyi şəxslər üçtərəfli bəyanat imzalanandan sonra - 26 noyabrda Azərbaycanın işğaldan azad edilmiş ərazisinə Ermənistanın Şirak vilayətindən gələnlərdir: “Həmin şəxslər terror əməlləri törədib, onlar barəsində Azərbaycanda istintaq əməliyyatları davam etdirilir. Bu kimi halların baş verməməsi üçün üçtərəfli bəyanata riayət olunması vacibdir”.

Emin Həsənli Emin Həsənli

Hərbi ekspert Emin Həsənli Bizimyol.info-ya bildirib ki, Ermənistan heç bir zaman razılaşmaya və öhdəliklərə əməl etməyib.

“10 noyabr bəyanatından sonra biz gözləyirdik ki Ermənistan ağlını başına yığacaq, Türkiyə və Azərbaycanla normal münasibətlər quracaq. Ermənistan bəzi Avropa və region ölkələrinə güvənərək düşünürdülər ki Azərbaycan öz ərazisini azad etməyəcək.

Azərbaycanın müstəqil və güclü dövlət olduğunu gördülər. Kreditə aldıqları silahlar məhv edildi, itkilər verdilər. İqtisadiyyatları çökdü. Dövlət böhranı yaranıb. Amma bundan nəticə çıxarmadıqları görünür”,-deyə E.Həsənli bildirib.

Ekspert təəssüflə qeyd edib ki, terrorçulara azadlıq tələb edən beynəlxalq təşkilatlar Ermənistandan işğaldan azad edilmiş ərazilərin minalanmış xəritəsini tələb etmir: “Minaların xəritəsini vermədilər. Dünya birliyi gərək buna etirazını bildirsin. Minalanmış ərazi ancaq peşəkar səviyyədə aparıla bilər. Yoxsa, minalanmış əraziyə həmin ordunun özü düşə bilər.

Ermənistan 10 noyabr bəyanatına əməl etmir. Gec-tez Azərbaycan Laçın dəhlizində yoxlama aparacaq. Kim Azərbaycan vətəndaşlığını qəbul edəcəksə, yaşayacaq, etməyəcəksə, çıxıb gedəcək. Bunun başqa yolu yoxdur. Qarabağda bir terrorçu qala bilməz. Azərbaycan dövləti bunu edəcək.

Yaxşı olar ki Rusiya sülhməramlıları üzərinə düşən öhdəlikləri yerinə yetirsin. Silahlı birləşmələr Qarabağdan getməlidir. Amma hazırda Rusiya sülhməramlılarının nəzarətində olan ərazilərə gəlirlər”.

Hərbi ekspert bildirib ki, Azərbaycan Ordusu terrorçulara qarşı mübarizə hazırdırlar: “Hazırda Azərbaycan ordusu təlimlər keçir. Bu günə kimi keçirilən təlimlər ərazi bütövlüyünün bərpası üçün keçirilirdi. Ərazi bütövlüyümüz təmin olunub. İndi də biz təlimləri ən çətin releyfdə-meşədə, dağda keçirik ki terrorçuları dağlardan təmizləyək. Bu onlara mesajdır ki Azərbaycanın hansı ərazisində terrorçular ola bilər. Bu mesaj Ermənistana və onun havadarlarınadır. Azərbaycan dövləti kifayət qədər məlumatlıdır: Qarabağda neçə erməni yaşayır, ora kimlər gəlib-gedir. Qarabağa gəlmək üçün onlar hansı vasitələrdən istifadə edirlər. Azərbaycan üçün Qarabağ bir nömrəli məsələdir.

Azərbaycan hansı ölkələrdən gələn təyyarələrin hansı ölkələrdən keçməklə Ermənistana nə vaxt, nə qədər silah daşıması barədə məlumatı var.

2016-ci ilin Aprel döyüşlərindən Ermənistan nəticə çıxarsaydı, 44 günlük müharibə olmayacaqdı. Nəticə çıxarmadıqca, dəmir yumruq başlarında olur. İndi də nəticə çıxarmasalar, dəmir yumruq hazırdır”.

Paylaş »
››› Türkiyə serialında yanlışlıq: Azərbaycan ərazisi Ermənistan kimi göstərildi - Video
››› Çinlə İran arasında 450 milyardlıq müqavilə region üçün hansı təhdidi yaradır...
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Türkiyə səfiri Ermənistan prezidentinin Gürcüstandakı təxribatına cavab verdi
››› Azərbaycanda qadın bacısını bıçaqladı
››› Aprelin 19-na olan hava proqnozu
››› Ermənistanın müharibədə öldürülən 71 hərbçisinin qeydiyyatsız dəfni məlum oldu
Son xəbərlər
Bütün xəbərlər »