Ağstafa rayonunda fərdi yaşayış evində yanğın olub.
Bizimyol.info xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, rayonun Aşağı Göycəli kəndində ümumi sahəsi 220 m² olan kürsülü birmərtəbəli evin 1 otağının və mətbəxinin yanar konstruksiyaları 100 m² sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Daha bir yanğın hadisəsi Sabirabad rayonunda qeydə alınıb.
Belə ki, rayonunun Qəzli kəndində ümumi sahəsi 160 m² olan birmərtəbəli evin qamışdan ibarət arakəsmə divarı 12 m² sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb;