Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Rahat yatmaq istəyirsinizsə...” - Kim Çen Inın bacısı ABŞ-ı hədələdi
Kim Çen In

Şimali Koreya ilə ABŞ arasındakı gərginlik illərdir davam edir. Amerika Asiya dövlətinə güvənmir. Şimali Koreyada isə ABŞ-ı konkret düşmən dövlət sayırlar.

Bizimyol.info xəbər verir ki, KXDR-in lideri Kim Çen In siyasət meydanında nisbətən kölgəyə çəkilib. Onun bacısı Kim Yo Çjon səhnəyə çıxıb.

ABŞ-ın Cənubi Koreya ilə birlikdə Koreya yarımadasında hərbi təlimlər keçirməsi rəsmi Pxenyanın xoşuna gəlmir. Şimali Koreya bunu dayandırmağı tələb edir. Kim Yo Çjon sərt danışıb. O, hadisələrin belə davam edəcəyi təqdirdə Cənubi Koreya ilə sülh razılaşmasına son verəcəklərini bildirib.

“Fürsətdən istifadə edərək bütün gücüylə Yer kürəsində barıt qoxusunu yaymağa çalışan ABŞ-ın yeni administrasiyasını xəbərdarlıq etmək istəyirik. Qarşıdakı dörd il ərzində rahat yatmaq istəyirlərsə, bəla axtarmasınlar”.

ABŞ-da hakimiyyətə Co Baydenin gəlməsi Şimali Koreyaya yaxşı gələcək vəd etmir. Apreldə yeni administrasiya KXDR siyasətini açıqlayacaq. Koreya yarımadasında hərbi təlimlərin başlaması, Seul səfərləri Şimali Koreyanı çox qıcıqlandırır. Şimallılar hələlik yalnız hədə-qorxu gələ bilir.

Yaxın vaxtlara ABŞ-ın Xarici İşlər naziri Entoni Blinkenlə Müdafiə naziri Lloyd Ostinin Yaponiya, Cənubi Koreya səfərləri planlaşdırılır. Bu səfərlər zamanı Şimali Koreyanın nüvə proqramları əsas müzakirə mövzularından biri olacaq.

Kim Çen Inın səhhətində problemlər yaranandan sonra KXDR-də əsas söz sahibi Kim Yo Çjon olub. Liderin bacısının 2019-cu ildən dövləti idarə etmək hüququ da var. Kim Yo Çjon xüsusilə Cənubi Koreya rəsmiləriylə görüşlərdə özünü sərbəst aparır, bir növ liderliyə hazır olduğunu göstərməyə çalışır.

Kim Çen Inın keçən ilin aprelində ölüm xəbəri yayılmışdı. Lider ictimaiyyət arasında günlərlə görünməmişdi. Sonradan bir neçə dəfə belə vəziyyət yaranmışdı. Son bir ildə Kim Çen In diqqət mərkəzindən uzaq dayanmağa çalışıb. Əvəzində Kim Yo Çjon ölkənin rəhbəri ovqatında olduğunu ortaya qoyur.

Paylaş »
››› ABŞ və Türkiyə Rusiyanı Qarabağdan necə sıxışdırıb çıxaracaq... - Rusiya mətbuatı
››› Diaspor Komitəsinin keçmiş sədrinə məxsus bahalı əmlak əlindən alındı
››› Nazim İbrahimov haqqında sensasiyalı iddialar
››› Türkiyə səfiri Azərbaycanı tərk edib
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› “Qarabağ müharibəsi göstərdi ki, “Bayraktar”lar bizim qırıcılardan daha effektivdir...”
››› Şoyqu: “Qarabağa heç kim gəlməyib”
Son xəbərlər
Bütün xəbərlər »