Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Rusiyaya məxsus helikopter Ukraynanın hava sərhədini pozdu
Helikopter

Rusiyaya məxsus helikopter Ukraynanın hava sərhədini pozub.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Ukraynanın Dövlət Sərhəd Xidməti məlumat yayıb.

“Bu gün Ukrayna Dövlət Sərhəd Mühafizə Xidmətinin Sumı vilayətindəki sərhəd gözətçi dəstəsi Rusiya Federasiyasından Ukrayna ərazisinə təxminən 50 metr məsafədə helikopter uçuşunu qeydə alıb. Bundan sonra helikopter əks istiqamətə dönüb və dövlətimizin hava sahəsini tərk edib”, - deyə məlumatda bildirilir.

Ukrayna Dövlət Sərhəd Xidməti dərhal Rusiya Federasiyası Federal Təhlükəsizlik Xidmətinin Belqorod və Voronej bölmələri üzrə sərhəd idarəsinə Ukraynanın dövlət sərhədinin Rusiyaya məxsus helikopter tərəfindən pozulması ilə bağlı məlumat göndərərək, uçuş aparatının məxsusluğu və pozuntuya səbəb olan vəziyyəti izah etməyi tələb edib.

Hazırda Rusiya tərəfindən sözügedən məsələ ilə bağlı cavab gözlənilir.

Paylaş »
››› Türk polkovnik: Türkiyə “Bozdoğan”ı Azərbaycana da verəcək
››› Biz o yazını saytdan sildik, vicdanınıza düşən ləkəni kim siləcək?..
››› Hansı halda sərt karantin ola bilər...
››› 2,4 milyon dollarlıq müalicə: Körpələri tələf edən xəstəlik...
››› Bağçalarda 2 milyon yeyinti: “Birbaşa günahkarı icra başçılarıdır”
››› Rusiya Azərbaycanı Ermənistanın da üzv olduğu Gömrük İttifaqına çəkmək istəyir...
››› İşğalçıların xarabalığa çevrildiyi Ağdamdan son görüntülər – Fotolar - Videolar
Son xəbərlər
Bütün xəbərlər »