Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Gürcüstan Azərbaycandan turist cəlb etməyə başlayıb
Turistlər

Gürcüstanın Azərbaycandakı səfiri Zurab Pataradze ölkənin aparıcı turoperatorları ilə görüş keçirib.

“Report” xəbər verir ki, səfirlikdə baş tutan görüşdə AZAL-ın Aviasiya Daşımalarının Satışı İdarəsinin rəisi Niyazi Həsənov, Dövlət Turizm Agentliyinin Beynəlxalq əlaqələr üzrə departament rəhbəri Sevinc Zeynallı, Turizm Agentlikləri Assosiasiyasının sədri Rüfət Hacıyev iştirak edib.

Z.Patardze ilk öncə iki ölkə arasında martın 19-dan Bakı-Tbilisi-Bakı istiqaməti üzrə uçuşların bərpası barədə razılığın əldə edildiyini bildirib.

Diplomat Gürcüstanın turizm sektorunda hazırkı vəziyyət barədə məlumat verib. Onun sözlərinə görə, koronavirus pandemiyası bütün dünyada olduğu kimi, Gürcüstanın da turizm sahəsinə ciddi zərər vurub, lakin son zamanlar ölkədəki epidemioloji vəziyyət bu sahəni canlandırmağa imkan verir.

Z.Pataradze Gürcüstanda artıq qış kurortlarının açıldığını, mehmanxana və restoranların da fəaliyyətlərini bərpa etdiyini qeyd edib.

Səfir Gürcüstanda martın 15-dən vaksinasiyanın ilk mərhələsinə başlanıldığını və prosesin uğurla davam etdirildiyini diqqətə çatdırıb. O həmçinin Gürcüstan və Azərbaycan arasında turizm sahəsində əməkdaşlığın dərinləşdirilməsi və birgə turizm paketlərinin hazırlanmasının önəmi barədə danışıb.

Z.Pataradze Azərbaycan vətəndaşlarının Gürcüstana daxil olması ilə bağlı şərtlər barədə də görüş iştirakçılarını məlumatlandırıb.

AZAL nümayəndəsi tədbir iştirakçılarını Bakı-Tbilisi-Bakı reyslərinin cədvəli və Heydər Əliyev adına Beynəlxalq Hava Limanında tətbiq olunan qaydalarla tanış edib.

Görüş daha sonra sual-cavab formatında davam etdirilib.

Paylaş »
››› Xəstəxanaların can bazarı – Çalış ölmə!
››› “Ermənistanın Zəngəzur dəhlizini açmaması Rusiyaya qarşı demarş olar”
››› “Zəngəzur namus məsələsidir, güzəşt etmək olmaz”
››› Qərbin hədələri Kremli qorxutdu: Qoşunlarını geri çəkir...
››› Ölkə ərazisindən keçən yük maşınlarına qoyulan 700 dollar tələbi…
››› Zelenski Rusiyanın Ukrayna ilə sərhəddən qoşunları geri çəkməsinə münasibət bildirib
››› Daha bir ölkə rusiyalı diplomatları deportasiya edir
Son xəbərlər
Bütün xəbərlər »