Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Avropa İttifaqı-Gürcüstan əməkdaşlığı genişləndiriləcək
İrakli Qaribaşvili

“Gürcüstan Avropa İttifaqı ilə əməkdaşlığı genişləndirmək istəyir və biz buna hazırıq”.

“Report” xəbər verir ki, bunu Aİ-nin qonşuluq və genişlənmə siyasəti üzrə komissarı Oliver Varheli Gürcüstan-Aİ Assosiasiya Şurasının Brüsseldə keçirilən toplantısından sonra deyib.

Onun sözlərinə görə, azad ticarət sahəsində qarşılıqlı əməkdaşlığın inkişafı üçün böyük imkanlar mövcuddur: “Biz tövsiyə edərdik ki, ilk növbədə, qüvvədə olan çərçivə sazişi daxilində əlçatan alətlərdən istifadə olunsun. Gürcüstan 2024-cü ildə Aİ-yə üzvlük üçün müraciət etməyə qərar verib. İttifaqa üzv dövlətlər kollektiv şəkildə bu müraciətə baxacaq və daha sonra yekun qərar qəbul edəcəklər. Hazırkı mərhələdə biz diqqətimizi azad ticarət haqqında sazişin tam və hərtərəfli reallaşdırılmasına yönəltmişik”.

Gürcüstanın baş naziri İrakli Qaribaşvili isə öz növbəsində ittifaqa dərin inteqrasiya üçün daha çox imkanların tələb olunduğunu bildirib: “Bizim üçün Avropa İttifaqı ilə qarşılıqlı əlaqələri daha dinamik etmək, Gürcüstan və ittifaq arasında fiziki məsafəni qısaltmaq çox vacibdir”.

O qeyd edib ki, Gürcüstan gələcəyini Aİ ilə birgə görür: “Bizim bu çətin və önəmli yolu keçməklə bağlı öhdəliyimiz var”.

Paylaş »
››› Rusiya 120 min azərbaycanlını geri göndərmək istəyir
››› Paşinyandan Naxçıvan açıqlaması – “Reytinqini daha da qaldırmağa çalışır”
››› Gəncləşən ölüm və artırılan pensiya yaşı: “Pensiyaçıların hesabına irəli düşmək istəyirlər”
››› ABŞ və Türkiyə Rusiyanı Qarabağdan necə sıxışdırıb çıxaracaq... - Rusiya mətbuatı
››› Hücum diplomatiyasına keçməliyik: Azərbaycanlılar Ermənistana qayıtmalıdır
››› “Şahbaz məhkəmədə Azərbaycan bayrağını təhqir elədi”
››› Paşinyanın Moskvadakı qapalı görüşdən səs yazısı yayıldı
Son xəbərlər
Bütün xəbərlər »