Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Cənubi Afrika ştammı Rusiyaya çatıb, Fransada isə daha bir mutasiya aşkarlanıb
Koronavirus, oksigen balonu, süni nəfəs aparatı

Koronavirusun vaksinlərə davamlı Cənubu Afrika ştammı Rusiyada aşkarlanıb.

Virtualaz.org Rusiya KİV-lərinə istinadən xəbər verir ki, “Rospotrebnadzor” ölkə ərazisində ilk dəfə iki pasiyentdə Cənubi Afrika ştammının aşkarlandığını açıqlayıb. Onlar təcrid olunub. Daha 28 nəfərdə isə virusun Britaniya ştammı (adi varianta nisbətən 70 faiz daha sürətlə yayılır) aşkarlanıb.

Koronavirusun Cənubi Afrika ştammı peyvənd olunanları və qanında virusa qarşı anticismlər yarananları da yoluxdura bilir. Bu, virusun ən təhlükəli mutasiyası hesab olunur və hazırda mütəxəssislər vaksinlərin həmin ştamma qarşı nə dərəcədə təsirli olacağını araşdırmaqdadır.

Fransada isə koronavirusun yeni, adi test yolu ilə aşkarlanması mümkün olmayan ştammı tapılıb. Bu hal Bretani əyalətində qeydə alınıb. Ölkənin Səhiyyə Nazirliyi bildirir ki, hələlik yeni ştamma 8 yoluxma təsdiqlənib. Həmin ştamm adi PSR-testlər vasitəsilə aşkarlanmır, onu ancaq qanın seroloji analizi ilə aşkarlamaq mümkündür. Lakin yeni ştammın koronavirusun adi ştammına nisbətən daha yoluxucu və daha ölümcül ola biləcəyi haqda hələlik rəy yoxdur. Mütəxəssislər araşdırma aparırlar.

Paylaş »
››› Ölkə sərt karantinə doğru gedir, qapanma olacaq
››› Keçmiş deputatın prokuror oğlu qaydanı pozdu - Video
››› İsa Məsih kimi qeybə çəkilən nazir və Allahın ümidinə qalan xəstələr
››› Almanlar Türkiyə dronlarına heyran qalıb: “Azərbaycanın hücumlarından şok olduq”
››› Münaqişə zonası: Rusiya intensiv zərbələr endirir
››› Bu dəfə Ukrayna Rusiyanı “boşaya” biləcəkmi...
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
Son xəbərlər
Bütün xəbərlər »