Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Maaşlarımızı Avropa ilə müqayisə etsək...
Manat - Maaş

İş elannlarına baxıram, 250-400 azn maaş təklif a olunur. Mən 400 azn (512$) əmək haqqına 2008-ci ildə işə başlamışdım, iki ay sonra əmək haqqım 600 manata yüksəldilmişdi. O gündən bu günə çox şey dəyişib. Dəyişməyən yalnız maaşlardır. Bahalaşma bütün sahələrdə özünü göstərir. Yalnız əmək haqqının artımı söhbəti ortaya çıxmır. Pandemiya və müharibədən sonrakı dövr deyərək biz bunun üzərindən sükutla keçirik. Bəs yaxşı , mövcud maaşlarımız qalmaqla, keçmiş qiymətləri saxlamaq mümkündürmü?

Bu ilin yanvar ayında Azərbaycanda orta aylıq əmək haqqı 3 faiz azalıb. Bu ilin ilk iki ayında Azərbaycanda inflyasiya 3,7 faiz, o cümlədən ərzaq inflyasiyası 5 faizə yaxın olub. Maaşın azalıb, qiymətin artması o deməkdir ki, əhalinin yoxsullaşması başlayır.

Ekspertlər hesab edirlər ki, bazarda rəqabət imkanı yaradılmadığına görə bahalaşmanın qabağını almaq imkansızdır.

Bu gün elə məhsullar var ki, onun ümumiyyətlə satışı ilə bir və ya iki şirkət məşğul olur. Bazar iştirakçılarının sayını çoxaltmaq lazımdır. Bazarda qiymətin ucuz olması və keyfiyyətli məhsul görmək üçün rəqabətli mühit şərtdir. Təəssüf ki rəqabət haqqında qanun artıq uzun illərdir gözləmə mövqeyindədir v Miili Məclis nə sirdisə, onu müzakirə eləyib ortalığa çıxara bilmir.Bir çox millət vəkilləri bildirirlər ki, bu qanunun səsə qoyulmasına mane olan qüvvələr var.

Ötən ilin payızından bu yana insanların ərzaq mallarını alışı minimuma enib. Bu ilin ilk iki ayında alıcılar ərzaq məhsullarına 2,8 milyard manat sərf edib. İqtisadçı ekspert Elşad Məmmədov hesab edir ki, alıcılıq qabiliyyətinin azalması həm də vergi bazasının və büdcə daxilolmalarının da azalması deməkdir. Aidiyyəti qurumlar bahalaşmanın qabağını almalıdır. Əhalinin alıcılıq qabiliyyətinin yüksəlməsi ölkə hökumətinin prioritetini təşkil etməlidir”.

Qar Bakını iflic etdiyi günlərdə çörək sexlərinin həm qiyməti artırıb,həm də çörəyin çəkisini nəzərəçarpacaq dərəcədə azaltması ilə bağlı Antiİnhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə göndərdiyimiz sorğuya cavab olaraq aldığımız cavab təxminən bu oldu: Sahibkarlıq subyekti istənilən qiyməti təyin edə bilər.

Bu kimi yanaşma ilə normal tənzimləmə mümkündürmü? Qlobal böhranın vurduğu zərərlər hələ bitməyib, iqtisadi və sosial sahələrdə mənfi meyillər tam aradan qalxmayıb.Bununla belə nisbətən irəliləyiş göstərən sahələr də var.

İlin əvvəllərindən iqtisadi gerilmə əvvəlki aylarla nisbətdə tədricən azalmağa meyillənib, 2021-ci il fevralın 1-i vəziyyətinə ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 43,4 min nəfər və ya 2,6 faiz artıb, bu hər halda yaxşı dinamikadır, doğrudur, muzdlu işçilərin orta aylıq nominal əməkhaqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 3 faiz azalıb. Bu da qlobal böhranla əlaqədar əksər biznesin gəlirlərinin azalmasından asılıdır. Təbii ki bu durum işçilərin əməkhaqlarına da təsir edir. Eyni zamannda, fərdi sahibkarların qazancı əvvəlki kimi deyil.

Ancaq artım olan sahələr də az deyil, məsələn muzdlu işçilərin çalışdığı iqtisadiyyatın mədənçıxarma sənayesi, maliyyə və sığorta fəaliyyəti, informasiya və rabitə, peşə, elmi və texniki fəaliyyət, eləcə də nəqliyyat və anbar təsərrüfatı sahələrində artım qeydə alınıb.

Yaxın zamanlarda ictimai nəqliyyatın qiymətlərinin artması ehtimalı da var.necə deyərlər dərd üstünə dərd gələcək. Bir müddət öncə yanacaq və suyun qiymətinin artırılması şokunu yaşadıq. Söz açılan kimi deputatlarımız bizi , qiymətləri Avropayla müqayisə edib, bu günə qədər ucuz işlətdiyimiz hər şeyə görə boynumuza minnət qoyurlar. Avropayla hər şeyimizi müqayisə edirik. Analoqu olmayan inkişafımızı da, neftimizi də suyumuzu da,yeməyimizi də , içməyimizi də. Bircə maaşalrımızı müqayisə eləmirik. Sərf eləmir?

İlhamə

Paylaş »
››› Nazim İbrahimov haqqında sensasiyalı iddialar
››› "Hüseyn Abdullayev quru aclıq edir, yəni su da qəbul etmir"
››› Türkiyə səfiri Azərbaycanı tərk edib
››› Şoyqu: “Qarabağa heç kim gəlməyib”
››› “Qarabağ müharibəsi göstərdi ki, “Bayraktar”lar bizim qırıcılardan daha effektivdir...”
››› Daha bir gənc həkim koronavirusdan vəfat edib
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
Son xəbərlər
Bütün xəbərlər »