Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
ETSN rəsmisi: "Ağac əkmək istəyənlərin sayı günbəgün çoxalır"
Ekologiya və Təbii Sərvətlər Nazirliyi

"Bayram gününü, ilaxır çərşənbəni ağac əkməklə qeyd etdik. Bu gün burada ağacəkmə təşəbbüsünü irəli sürən Medianın İnkişafı Agentliyinə və burada yaşayan jurnalist dostlarımıza təşəkkür edirik".

Bizimyol.info xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat katibi İradə İbrahimova bildirib.

“Sevindiricidir ki, son illər Azərbaycanda ağac əkilməsi işi daha da kütləviləşib. Bütün ölkə ərazisində genişmiqyaslı ağacəkmə tədbirləri keçirilir. Ağac əkmək istəyənlərin sayı günbəgün çoxalır. Bu da dəyərli media nümayəndələrinin ağac əkilməsini yüksək səviyyədə təbliğ və təşviq etməsi sayəsindədir. Buna görə media nümayəndələrinə Nazirlik adından xüsusi təşəkkür edirik. Bu gün jurnalistlərin binası ətrafında Nazirliyin tinglik sahələrində yetişdirilən 400-ə yaxın müxtəlif cinsli ağac əkildi. Və bununla da hər birimiz təbiətə öz töhfəmizi verməyə çalışdıq”-deyə nazirlik rəsmisi qeyd edib.

İ.İbrahimova ağacəkmə tədbirlərinin mövsümün sonunadək bütün ölkə üzrə davam edəcəyini bildirib.

Paylaş »
››› Ölkə sərt karantinə doğru gedir, qapanma olacaq
››› Keçmiş deputatın prokuror oğlu qaydanı pozdu - Video
››› İsa Məsih kimi qeybə çəkilən nazir və Allahın ümidinə qalan xəstələr
››› Almanlar Türkiyə dronlarına heyran qalıb: “Azərbaycanın hücumlarından şok olduq”
››› Münaqişə zonası: Rusiya intensiv zərbələr endirir
››› Bu dəfə Ukrayna Rusiyanı “boşaya” biləcəkmi...
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
Son xəbərlər
Bütün xəbərlər »