Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“10 noyabr bəyanatının şərtlərinin ciddi pozulmasında Rusiya sülhməramlıları iştirakçıya çevrilirlər”
Şuşaya giriş

Xarici işlər naziri Ceyhun Bayramovun Azərbaycanda səfərdə olan İsveçin xarici işlər naziri, ATƏT-in fəaliyyətdə olan sədri Ann Linde ilə görüşdə Qarabağdakı son vəziyyətlə bağlı açıqlamar verib.

C.Bayramov bildirib ki, üçtərəfli razılaşmaya uyğun olaraq, Azərbaycan bütün hərbi əsirləri qarşı tərəfə qaytarıb: “Azərbaycanın Ermənistana təhvil verdiyi hərbi əsirlərin sayı Ermənistanın Azərbaycana verdiyi hərbi əsirlərin sayından xeyli çox olub: “Hətta hərbi əməliyyatlar gedən zaman Qızıl Xaç Komitəsinin vasitəçiliyi ilə bu addımlar atılıb”.

Xarici işlər naziri üçtərəfli bəyanat imzalanandan sonra - 26 noyabrda Ermənistanın Şirak vilayətindən Azərbaycanın işğaldan azad edilmiş ərazisinə gələn və saxlanılan ermənilər məsələsinə də toxunub: “Həmin şəxslər terror əməlləri törədib, onlar barəsində Azərbaycanda istintaq əməliyyatları davam etdirilir. Bu kimi halların baş verməməsi üçün üçtərəfli bəyanata riayət olunması vacibdir”.

C.Bayramov nəzərə çatdırıb ki, hətta indi də Ermənistan gecə qaranlıq vaxtda tikinti üçün nəzərdə tutulmuş maşınlarla hərbçilərini Azərbaycana göndərməyə cəhd edir: “Bu məsələ BMT Baş Assambleyasına da çatdırıldı, bununla bağlı beynəlxalq medianın materiallarına da istinad edilib. Ermənistanda əsgər valideynləri də övladlarının hərbi xidmət üçün Qarabağa göndərilməsinə etiraz edirlər, aksiyalar keçirirlər. Bütün dünya mediası da bunu görür. Beynəlxalq təşkilatlar bu məsələdə Ermənistana təzyiq etməli, hər bir tərəf üzərinə götürdüyü öhdəliyi yerinə yetirməlidir”.

Tarix üzrə fəlsəfə doktoru, politoloq Anar Əliyev Bizimyol.info-ya bildirib ki,

Qarabağda baş verən hadisələrə səbəb Ermənistanın özünü bu qədər sərbəst apara bilməsinin günahkarı dünya güclərinin və beynəlxalq təşkilatların işğalçıya və işğala məruz qalana münasibətdə ikili yanaşması, eləcə də Rusiya sülhməramlılarının fəaliyyətlərinə ciddi yanaşmamasının nəticəsidir.

Anar Əliyev Anar Əliyev,

Tarix üzrə fəlsəfə doktoru, politoloq

“Azərbaycanın Qarabağ bölgəsinə Ermənistandan yenə də müxtəlif yollarla yük maşınlarından və mülki formalarda Ermənistan hərbçilərinin daxil olması ilə bağlı müxtəlif istiqamətlərdən məlumatlar daxil olur. Bununla bağlı Azərbaycan rəsmi şəkildə BMT başda olmaqla bütün beynəlxalq təşkilatlara və dövlətlərə məlumatlar göndərir. Bu proseslərə və hadisələrə rəsmi şəkildə münasibət bildirməyi tələb edib. Bu, Azərbaycanın tam qanuni haqqıdır. Çünki 10 noyabr bəyanatına əsasən Dağlıq Qarabağdan Ermənistan Silahlı Qüvvələri çıxarılmalıdır. Orada yalnız mülki erməni şəxsləri ola bilər.

Ermənistan açıq və kopud formada 10 noyabr bəyanatından irəli gələn tələbləri yerinə yetirməkdən imtina edir və həmin tələbləri pozmaqla məşğuldur”,-deyə A.Əliyev bildirib.

Politoloq bildirib ki, bu proseslərin baş verməsində günahkar olan iki istiqamətdə tərəflər mövcuddur: “Birincisi, ərazidə fəaliyyət göstərən və tərəflər arasında münasibətlərin tənzimlənməsinə, atəşkəsin pozulmamasına, davamlı sülhün əldə olunmasına xidmət etməli olan Rusiya sülhmərəmalıları fəaliyyət çərçivələrini açıq və kopud şəkildə pozmasının nəticəsidir. Bu hadisələr Rusiya sülhməramlılarının gözü qarşısında baş verir. Bəzi hallarda hadisələr onların birbaşa dəstəyi nəticəsində baş verir.

Ermənistandan Qarabağ ərazisinə Ermənistan Silahlı Qüvvələrinin istənilən formada Azərbaycan ərazisinə daxil olması ancaq Laçın dəhlizi vasitəsilə mümkündür. Bu dəhliz hələ ki Rusiya sülhməramlılarının nəzarəti altındadır. Rusiya sülhməramlıları öz vəzifəsinə ciddi yanaşmırlar, ya da yerinə yetirməli olduqları vəzifələrə dırnaqarası yanaşırlar, hadisələrə göz yumurlar”.

A.Əliyev bildirib ki, 10 noyabr bəyanatının şərtlərinin ciddi pozulmasında Rusiya sülhməramlıları iştirakçıya çevrilirlər: “30 il Azərbaycan torpaqları işğala məruz qaldıqları dövrdə Avropadan, sivil dünyadan, dünyaya demokratiya dərsi keçmək iddiasında olan böyük dövlətlərdən Ermənistana və Azərbaycana münasibətdə daim ikili yanaşma müşahidə etmişdik. İşğalçıya və işğala məruz qalan dövlətlərə münasibətdə hər zaman ikili yanaşmanı müşahidə edirdik. 2020-ci ilin Azərbaycan öz gücü ilə yeni reallıqlar yaratmaqla, BMT-nin Təhlükəsizlik Şurasının qətnamələrini icra etməklə işğalda olan torpaqlarımızı azad etdikdən sonra hesab edirdik ki dünya prosesləri düzgün qiymətləndirəcək. İki xalq arasında, regionda əməkdaşlığın, sülhün, qarşılıqlı etimadın bərqərar olmasına və möhkəmlənməsinə xidmət edən münasibət göstərəcək.

Amma təəssüf ki biz yenə də daha açıq şəkildə və kopud formada ikili standartları müşahidə etməyə başlayırıq.

Azərbaycan ərazisinə silahlıları qüvvələri göndərən Ermənistan rəsmilərinə qarşı heç bir addım atmayan və fikir bildirməyən dünya gücləri və dövlətlərin rəsmi şəxsləri 10 noyabr bəyanatından sonra Azərbaycan ərazisində müxtəlif terror hərəkətlərinin törədilməsi nəticəsində hərbçiləri və mülki şəxslərin qətlə yetirilməsinə səbəb olan terroristlərin müharibə əsiri kimi Ermənistana qaytarılmasını tələb edirlər. Bu istiqamətdə daha da irəli gedərək cəfənq qərarları və bəyanatlar verirlər.

Fransanın, Niderlandın parlamentində qəbul edilmiş cəfəng bəyanatları xatırlatmaq istəyirəm.

ABŞ Konqresində və Senatında bu məsələlərin müzakirəyə çıxarılmasını qeyd etmək istəyirəm.

Həmin dövlətlər Azərbaycanın ərazisi işğal olunanda və əhalisi məcburi köçkün və qaçqın düşəndə onların hüquqları ilə bağlı hansı addım atıldı ki, indi terroristlərin hüquqlarının müdafiəsi təşkilatına, dövlətinə çevrilirlər.

Bu mənada Qarabağda baş verən hadisələrin başlıca günahkarı olan Ermənistanın özünü bu qədər sərbəst apara biıməsinin günahkarı dünya gücləri, beynəlxalq təşkilatların ikili yanaşmasıdır. Və Rusiya sülhməramlılarının fəaliyyətlərinə ciddi yanaşmamasının nəticəsidir”.

Paylaş »
››› Türk polkovnik: Türkiyə “Bozdoğan”ı Azərbaycana da verəcək
››› Biz o yazını saytdan sildik, vicdanınıza düşən ləkəni kim siləcək?..
››› Hansı halda sərt karantin ola bilər...
››› 2,4 milyon dollarlıq müalicə: Körpələri tələf edən xəstəlik...
››› Bağçalarda 2 milyon yeyinti: “Birbaşa günahkarı icra başçılarıdır”
››› Rusiya Azərbaycanı Ermənistanın da üzv olduğu Gömrük İttifaqına çəkmək istəyir...
››› İşğalçıların xarabalığa çevrildiyi Ağdamdan son görüntülər – Fotolar - Videolar
Son xəbərlər
Bütün xəbərlər »