Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Paşinyan Tsarukyanla razılığa gələ bilmir
Nikol Paşinyan

“Çiçəklənən Ermənistan” partiyasının lideri Qaqik Tsarukyanla baş nazir Nikol Paşinyan arasında görüş təxirə salınıb.

Bu barədə "Hraparak" qəzeti yazıb.

Məlumata əsasən, buna səbəb Paşinyanın istefası ilə bağlı konsensusun olmamasıdır.

Qəzetin yazdığına görə, Tsarukyan şərt irəli sürüb. Belə ki, görüşün ardınca baş nazir istefasını elan etməlidir. Vasitəli danışıqlarda tərəflər artıq baş nazirin istefasından sonra "Çiçəklənən Ermənistan"ın bu vəzifəyə namizəd irəli sürməyəcəyi və Tsarukyanın müvafiq bəyanat verəcəyi barədə razılığa gəliblər: "Lakin Paşinyan hələ seçkilərə gedib-getməyəcəyinə əmin deyil. Onun yenidən təxirə salınması mümkündür. Yeri gəlmişkən, "Mənim addımım" fraksiyasının deputatları ilə görüşdə erkən seçkilər keçirmək niyyətindən danışıb, ancaq dəqiq tarix təyin etməyiblər".

"Hraparak" iddia edir ki, seçkilərin tarixi - iyun ayının ilk şənbə günü - hakimiyyət nümayəndələri arasında müzakirə olunur. Paşinyanın komandası seçki kampaniyasından narahatdır. Baş nazir onlara kifayət qədər səs almaq üçün çox çalışmalı olduqlarını deyib.(virtualaz.org)

Paylaş »
››› "Ermənistan ya 818 milyardı ödəsin, ya da Zəngəzuru qaytarsın"
››› Arutyunyan Şuşaya gəldiyi iddia edilir: Terroçuların müəyyən hissəsi qaytarılacaq
››› Afaq Bəşirqızının oğluna yüksək vəzifə verilib
››› “İsgəndər” raketlərini Azərbaycana Ermənistan atıb, yoxsa Rusiyanın özü...
››› Zelenski cəbhədə çətin anlar yaşadı - Video
››› Müstəntiqlər Moskvada qətlə yetirilən Əli Heydərovun ölümü ilə bağlı iki versiya irəli sürüb
››› Rusiya Türkiyəyə çarter reyslərinin dayandırılması ilə bağlı qərar verib
Son xəbərlər
Bütün xəbərlər »