Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Gecə hər saatın tamamında şəklimi çəkirlər - Navalnı həbsxanadan yazır
Aleksey Navalnı, Vladimir Putin

Rusiya müxalifətinin əsas siması sayılan Aleksey Navalnı iki həftəyə yaxındır cəzasını Vladimir vilayətinin Pokrov şəhərindəki İK-2 həbsxanasında çəkir. Siyasət adamı həbs olunandan bəri ilk dəfə sosial şəbəkə səhifəsində öz fikirlərini paylaşıb.

Bizimyol.info xəbər verir ki, sərt rejimi ilə dillər əzbəri olan İK-2 Navalnını müəyyən qədər təəccübləndirib. Müxalifətçi hələ ki işgəncə faktına rast gəlməyib. Buna baxmayaraq, o, cəzaçəkmə müəssisəsini “dostyana konslager” adlandırıb.

“Üç şey məni təəccübləndirməkdə davam edir. Üzərimizdəki ulduzlu səma, içimizdəki qəti tələb və əlinin içiylə yeni qırxılmış başında gəzişməyin bəxş etdiyi son dərəcə gözəl hiss.

“A gücləndirilmiş nəzarət sektoru”ndan hamıya salam.

Etiraf etməliyəm ki, Rusiya həbsxana sistemi məni təəccübləndirməyi bacardı. Təsəvvür etmirdim ki, Moskvanın 100 kilometrliyində konslager yaratmaq olar.

Hər hansı işgəncə və buna hətta eyham da görməmişəm, hərçənd, başını artıq çevirməkdən qorxan məhbusların gərgin duruşu məni “Pokrov”da bir müddət əvvələ qədər insanların taxta çəkiclərlə yarımcan olanadək döyülməsi haqda çoxsaylı əhvalatlara asanca inanmağa sövq edir. İndi metodlar dəyişib, düzünü deyim ki, bu qədər nəzakətli və mehriban danışılan yer xatırlamıram.

Özüm üçün yeni evimi belə də adlandırmışam – “dostyana konslager”.

Rejim, nizamnamə, günün nizam-intizamı. Sonsuz qaydaların hərfi yerinə yetirilməsi. Söyüş və jarqon ifadələr qadağan olunub. Və bu qadağaya ciddi əməl olunur. Söyüş söyülməyən həbsxana təsəvvür edirsiniz? Müdhiş məsələdir.

Hər yerdə kamera var, hamını izləyirlər və ən kiçik qayda pozuntusuna görə raport tərtib olunur. Mənə elə gəlir ki, kimsə yuxarıda Oruellin “1984” əsərini oxuyub və deyib:

- Aha, əyləncəlidir. Gəl beləsini təşkil edək. İnsanlıqdan çıxarmaqla tərbiyə.

Amma hər şeyə yumorla yanaşsaq, yaşamaq mümkündür. Buna görə ümumilikdə məndə hər şey yaxşıdır.

Adi günlərin ağ-qara səthində rəngli məqamlar da nəzərə çarpır. Məsələn, sinəmdə adım və fotom yer alan lövhə var, bu isə qəşəng qırmızı zolaqla qeyd olunub. Mən axı qaçmağa meylliyəm, xatırlayırsınız? Gecə hər saatın tamamında oyanıram ki, çarpayımın yanında buşlat geyinmiş kişi dayanıb. O, məni kameraya çəkir və deyir: “Saat iki otuz, məhkum Navalnı. Qaçmağa meylli şəxs kimi profilaktik uçotdan azad olunma. Yerindədir”. Və o fikirlə yuxuya gedirəm ki, məni xatırlayan və heç vaxt itirməyəcək adamlar var. Əladır da, elə deyil?

Siz də yaxınlarınızla əlaqəni itirməyin. Hamını bağrıma basıram.”

Navalnı yanvarın 17-də Almaniyadan Rusiyaya qayıdanda aeroportda həbs olunmuşdu. Fevralın 2-də Moskva məhkəməsi onu 2 il 8 ay azadlıqdan məhrum edib.

Paylaş »
››› Müharibə bitib, diplomatik savaş ən qaynar fazaya keçib
››› “Yaşın çoxdur deyib işə almırlar, yaşın azdır deyib pensiya vermirlər”
››› Qərb mətbuatı: “Türk dronları Azərbaycana qələbə gətirdi”
››› “Tıq-tıq” nağıllarını Tiktok rüsvayçılığı əvəz edəndən sonra..
››› Laçındakı Həkəri körpüsü erməni şirkəti tərəfindən təmir edilir…
››› Mal əvəzinə naz satan qızlar: “Almasanız, müdir məni qovacaq”
››› Ərzaq qiymətlərinin yüksəlməsi Rusiyada böyük narazılıq dalğası yaradıb
Son xəbərlər
Bütün xəbərlər »