Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Müharibədən sonra başlayan həbslər: “Hələ çox təmizlənmələr gedəcək”
Qandal - Həbs

“Ötən il Azərbaycan apardığı vətən müharibəsində çox böyük bir uğur əldə etdi.

Torpaqlarımız işğaldan azad olundu. Azərbaycan Ordusu öz qəhrəmanlığını, şücaətini göstərdi. Lakin eyni zamanda bəzi məqamlar da ortaya çıxdı ki, bu məsələlərin mütləq həll olunmalı olduğu təsdiqləndi. Bu əsasən hərbi sahə ilə bağlı ortaya çıxdı. Atəşkəsdən sonra Azərbaycan ordusu indiyə qədər belə geniş miqyaslı hərbi əməliyyat aparmamışdı. Ona görə də, hansı çatışmazlıqların, nöqsanların olduğunu tam olaraq bəlli etmək mümkün deyildi. Bu müharibə zamanı müəyyən məqamlar ortaya çıxdı”.

Bunu Azərbaycan Vətəndaş Hərəkatının İdarə Heyətinin üzvü, siyasi şərhçi Mübariz Göyüşlü Bizimyol.info-ya açıqlaması zamanı bildirib. Onun sözlərinə görə, müharibədən sonra Nəcməddin Sadıqov başda olmaqla, bir neçə yüksək rütbəli zabitin tutduğu vəzifədən azad olunması, bu çatızmazlıqların həlli üçün atılan addımlardan biri sayıla bilər.

Mübariz Göyüşlü Mübariz Göyüşlü Müasir İnkişaf Birliyinin sədri, siyasi şərhçi

“İctimaiyyətdə Nəcməddin Sadıqovla bağlı çox ciddi mənfi fikirlər var idi. “Od olmayan yerdən, tüstü çıxmaz” fikrini əsas götürsək deyə bilərik ki, bu həmin zabitin, generalın uğursuz fəaliyyətinin nəticəsidir. 2016-cı ilin aprel döyüşlərində də onun adı çox böyük qalmaqallı məsələlərdə hallanırdı. Rusiyanın adamı olması, hansısa məlumatların sızdırılmasında rolunun olması və s. bu kimi məlumatlar yayılırdı. O cümlədən korpus komandiri olmuş, ehtiyyatda olan zabit, general Rövşən Əkbərov və daha bir neçə zabitin vəzifədən azad olunmasını həmin nöqsanların həlli istiqamətində olan addımlar kimi görürəm.

Düzdü məlumat yayılıb ki, Rövşən Əkbərov Ukraynada baş vermiş bir qətl hadisəsi ilə bağlı saxlanılıb və istintaq gedir. Amma mənə elə gəlir ki, bu həbs məsələsi daha çox bizim yüksək rütbəli zabitlərimizin, generalarımızın bəzi nöqsanları ilə bağlı ola bilər. Cənab prezident Müdafiə Nazirliyində müşavirə keçirən zaman, orduda olan kiçik bir problemlə bağlı məsələni qabartmışdı və incə şəkildə buna eyham vurmuşdu. Bu artıq hər kəsdə təəssürat yaratmışdı ki, orduda təmizlənmələr gedəcək. Mənə elə gəlir ki, Rövşən Əkbərovun həbsi də bu təmizlənmə əməliyyatının göstəricisi sayıla bilər. Ordunun təmizlənməsinə çox böyük ehtiyac var.

Siyasi şərhçi onuda vurğulayıb ki, tək ordunun deyil, hüquq mühafizə orqanlarının, icra hakimiyyəti strukturlarının, nazirliklərin və s. ciddi şəkildə təmizlənməsinə ehtiyac var.

“Biz bir neçə icra başçısının, nazirliklərdə yüksək vəzifəli şəxslərin və nəhayət ordudan təxris olunmuş generalın həbsini gördük. Mənə elə gəlir bu həbslər davam edəcək. Mən artıq köhnəlmiş, yıpranmış, öz vəzifəsinin öhdəsindən nəyin ki, gələ bilməyən, ona tapşırılan işi icra edə bilməyən, öz fəaliyyəti ilə Azərbaycan dövlətçiliyinə, prezidentin verdiyi tapşırıqların ziddinə çalışan yüksək rütbəli məmurların həbsini gözləyirəm və bunu ədalətli hesab edirəm. Həbsləri, işdən çıxarılmaları, təmizlənmələri Azərbaycanda həyata keçirilən islahat siyasətinin davamı kimi görürəm. Gəncləşməyə, yenilənməyə çox böyük ehtiyac var. Çünki artıq bu cür məmurlardan, hərbçilərdən cəmiyyətin canı boğazına yığılıb. Ona görə də, dövlətin bu addımlarını yüksək qiymətləndirirəm. Növbətyi həbslərin də olacağını ehtimal edirəm”,- deyə bildirib.

Leyla Mirzə

Paylaş »
››› Ölkə sərt karantinə doğru gedir, qapanma olacaq
››› Keçmiş deputatın prokuror oğlu qaydanı pozdu - Video
››› İsa Məsih kimi qeybə çəkilən nazir və Allahın ümidinə qalan xəstələr
››› Almanlar Türkiyə dronlarına heyran qalıb: “Azərbaycanın hücumlarından şok olduq”
››› Münaqişə zonası: Rusiya intensiv zərbələr endirir
››› Bu dəfə Ukrayna Rusiyanı “boşaya” biləcəkmi...
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
Son xəbərlər
Bütün xəbərlər »