Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
AQTA quşların kütləvi tələfatı ilə bağlı yayılan xəbərə aydınlıq gətirdi
Quşçuluq - toyuq

Abşeron rayonu, “Bərk-dərə” adlanan ərazidə quşçuluq sahəsi üzrə fəaliyyət göstərən müəssisədə quşların kütləvi tələfatı haqqında dərc olunan məlumatla bağlı Qida Təhlükəsizliyi Agentliyi (AQTA) açıqlama verib.

Bizimyol.info xəbər verir ki, AQTA-dan verilən məlumata görə, həmin məlumatlar yeni deyil və bir müddət əvvəl Agentliyin mütəxəssisləri tərəfindən bununla bağlı müvafiq araşdırmalar aparılmış və zəruri tədbirlər həyata keçirilmişdir.

Ümumiyyətlə son iki ay ərzində media vasitəsi ilə əhaliyə ünvanlanmış müraciətlər nəticəsində AQTA-nın “1003–Çağrı Mərkəzi”nə ölkəmizin bəzi ərazilərində, o cümlədən parklarda quşların kütləvi tələfatı ilə bağlı bir sıra məlumatlar daxil olmuş və daxil olan hər bir məlumat araşdırılaraq müvafiq tədbirlər görülmüşdür. Bir müddət əvvəl media səhifələrində dərc olunmuş, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi “Gülüstan parkı” adlanan ərazidə qarğaların kütləvi tələfatı ilə bağlı məlumatların araşdırılması nəticəsində quşların kütləvi tələfatının səbəbinin havaların kəskin soyuması ilə bağlı fizioloji ölüm və qarışıq infeksiya olduğu müəyyənləşdirilmişdir.

Eyni zamanda, Abşeron rayonu, “Bərk-dərə” adlanan ərazidə quşçuluq sahəsi üzrə fəaliyyət göstərən müəssisədə quşların kütləvi tələfatı ilə bağlı AQTA əməkdaşları tərəfindən 21 fevral 2021-ci il tarixində müəssisəyə baxış keçirilib. Tələf olmuş quşlardan nümunələr götürülərək müayinə olunması üçün AQTİ-nin müvafiq laboratoriyasına təqdim olunub. Laborator müayinənin nəticələrinə əsasən, quşlarda qarışıq infeksiyon xəstəlik törədiciləri aşkarlanıb. Təlimata uyğun olaraq, tələf olmuş quşlar mütəxəssislərin iştirakı ilə biotəhlükəsizlik qaydalarına uyğun məhv edilib. Müəssisə AQTA-nın baytar müfəttişləri tərəfindən nəzarətə götürülüb və hazırda müvafiq qurumlarla birgə təsərrüfatda sağlamlaşdırıcı tədbirlər davam etdirilir.

AQTA bir daha vətəndaşlara diqqətli olmağı, xəstəlik əlamətləri müşahidə edilən və ya tələf olan quş cəsədlərindən uzaq durmağı, şübhəli hallarla bağlı dərhal Agentliyin “1003 – Çağrı Mərkəzi”nə məlumat verməyi tövsiyə edir.

Paylaş »
››› Xəstəxanaların can bazarı – Çalış ölmə!
››› “Ermənistanın Zəngəzur dəhlizini açmaması Rusiyaya qarşı demarş olar”
››› Rusiya və Çexiya arasında diplomatik qalmaqal böyüyür
››› “Zəngəzur namus məsələsidir, güzəşt etmək olmaz”
››› Ölkə ərazisindən keçən yük maşınlarına qoyulan 700 dollar tələbi…
››› Zirəddin Rzayev: “Pandemiyanın bitməsi üçün insanlara bir şərt qoyulacaq: çipləşdirmə" - Video
››› Qərbin hədələri Kremli qorxutdu: Qoşunlarını geri çəkir...
Son xəbərlər
Bütün xəbərlər »