Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Elmlər Akademiyasında qəribə "15 manatlıq" kampaniya
Milli Elmlər Akademiyası

Bu günlərdə AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun Həmkarlar Təşkilatının başlatdığı kampaniya alimlərin narazılığına səbəb olub.

Belə ki, alimlərin maaşlarından onlardan xəbərsiz tutulmuş pulla özlərinə hədiyyə alıblar. Üstəlik bu cüzi miqdarlı hədiyyəni də gəlin taksi ilə aparın deyiblər. AMEA professor İdrsi Abbasovun diliylə desək 15 manatlıq hədiyyə üçün 20 manatlıq taksi tutmaq məcburiyyəti yaranıb. Necə deyərlər xərci borcundan çox olub.

İdris Abbasov Professor İdris Abbasov

“AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun Həmkarlar Təşkilatı dövlət tərəfindən ayrılan yüz minlərlə manat qrantın, xüsusən, ölkə Prezidentinin dilçiliyin inkişafı üçün ayrıdığı 2 milyonun taleyinə biganə qalır, amma alimlərdən pul kəsməyi özünə vəzifə bilir. Bizə 15 manat həcmində “pay" verib: 1 kg un, 800 qram şəkər tozu, vafli, pletka şokolad, 1 kg düyü, 1 qutu xurma, 1 ədəd çay və s. Bu nə deməkdir? Öz pulunla özünə uzaq dükandan şəkər tozu alınır, sənə "pay" edilir, sən də taksi tutub onu evə gətirməlisən”,- deyə alim bildirib.

“Həmkarlar hər ay maaşımızdan 2 faiz pul tutur.Yəni o 15 manat bizdən illik tutulan puldandır. Çox biabırçı bir şeydir.Öz pulumuzun cüzi qismi ilə bizə pay alıb verirlər. Həm də utanmadan.

Bizim institutda belədir. Başqalarının nə şəkildə etdiklərini bilmirəm. Absurddur, işçidən xəbərsiz onun maaşından 2-3 faiz pul tutulması mövcud qanunvericiliyə ziddir. Hansı əsasla bunu edirlər? İnstitutda həmkarların sədri İsa Həbibbəylinin və Möhsün Nağısoylunun vuran əli olub, hətta institutun “sirlərini” ifşa edənləri elmi şurada susdurmağa çalışıblar, üstünə gəliblər. Sadəcə, dəstə marağına xidmət edən Həmkarlar Təşkilatının üzvü olmaya-olmaya maaşlarımızdan müəyyən faizi çıxmaları qanuna meydan oxumalarıdır ki, akademiklər bu qanunsuzluğa şərait yaradırlar.

“Bu nə sui-istifadə, bu nə təhqirdir? Qanunu saymadıqlarını anladıq. Sən demə, hər ay maaşlardan 2 faiz pul tutulurmuş. Məgər həmkarlara üzvlük könüllü deyil? Onda illər uzunu hansı əsasla maaşdan pul tutulub? Əməkdaşın hansı birisi ərizə yazıb və xahiş edib ki, onun maaşından 2 və ya 3 faiz tutulsun? Özbaşınalıq etmək Dilçilik İnstitutunun alnına yazılıb?

Həmkarlar Təşkilatı işçinin qanuni mənafeyini, bir dəfə də olsun, müdafiə etməyib. Bu təşkilat direktorun və müəyyən bir qrupun marağına xidmət, ört-basdır əməliyyatında qoluzorluluq etməklə məşğuldur”,- deyə alim bilirib.

Dilçilik İnstitutunun bu əməli yetim uşağın başından papağı alıb, sonra onu özünə qaytarmaqla yaxşılıq etdiyini sanmaq, buna görə hələ bir minnət gözləmək kimi bir şeydir. Artıq dəfələrlə AMEA professorunun qanunsuzluqlar barədə dilə gətirdiklərini isə nə eşidən var, nə də tədbir görən.

İlhamə

Paylaş »
››› "Rusiya qüvvələrinin Qarabağdan çıxarılması..."
››› Daha bir toy yarımçıq qaldı - Video
››› Norveçdə məhbus həyatı: Maraqlı faktlar - Foto
››› Aprelin 12-nə olan hava proqnozu
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Krımda 2 azərbaycanlı saxlanılıb
››› Ekspert: “Robert Koçaryanın hakimiyyətə gəlməsi ilə Qarabağ nizamlanmasında vəziyyət dəyişə bilər”
Son xəbərlər
Bütün xəbərlər »