Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Böyük Britaniya Rusiya "bir nömrəli düşmən" elan etdi
Kreml, Moskva, Rusiya

Rusiyaya bir çox ölkələr güvənmir. Daha çox Qərb dövlətləri şimal ölkəsiylə məsafəli davranır. Böyük Britaniya isə Rusiyanı artıq bir nömrəli təhlükə sayır.

Bizimyol.info xəbər verir ki, “The Sunday Times” növbəti yazısında krallığın Kremlə münasibətindən bəhs edib. Qəzet Böyük Britaniyanın daha Rusiyaya az qala düşmən kimi yanaşdığını yazıb. Çin isə London üçün kommersiya rəqibinə çevrilib. Bununla belə Asiya dövləti ilə əməkdaşlıq nöqtələri də nəzərdə tutulur.

“Təhlükəsizlik, müdafiə və xarici siyasətin əsaslı şəkildə yenidən qurulmasına dair bir sənəddə İngiltərənin Moskva və Pekinin kiberhücumlar istiqamətində addımlarına qarşı xərcləri artırma planları əksini tapıb. Ölkənin Baş naziri Boris Conson İngiltərənin şimalında müdafiə, kəşfiyyat qabiliyyətlərini sənaye və universitetlərlə birləşdirərək “kiber dəhliz” yaratmaq planlarını açıqlayıb. İki dövlətə fərqli münasibət göstəriləcəyinin bariz əlaməti olaraq sənəddə Rusiyanın İngiltərənin su və hava məkanına aqressiv müdaxiləsi, müxaliflərin aradan götürülməsi cəhdləri aşkar təhdid kimi dəyərləndirilib”.

Sənəddə deyilir ki, iqlim dəyişikliyi probleminin həlli İngiltərə üçün prioritet məsələdir. Bundan başqa, London G7 və COP26 sammitlərində sədrlik məsələsinə də ciddi əhəmiyyət verir.

“Böyük Britaniyaya əsas təhlükə Rusiyadan gəlir. Bu, sənəddə geniş əksini tapıb. Uaythollda yüksək vəzifə tutan mənbə məlumat verib. Çin başqa məsələdə ittiham olunur. Pekin daha çox intellektual mülkiyyəti ələ keçirməyə çalışır. Çin xüsusilə iqtisadi təhlükə törədir”.

Rusiya mətndə aşıq-aşkar düşmən dövlət kimi göstərilib. Çinə münasibət bir az fərqlidir. London hesab edir ki, Pekinlə bəzi sahələrdə əməkdaşlıq mümkündür.

Paylaş »
››› Xəstəxanaların can bazarı – Çalış ölmə!
››› “Ermənistanın Zəngəzur dəhlizini açmaması Rusiyaya qarşı demarş olar”
››› Rusiya və Çexiya arasında diplomatik qalmaqal böyüyür
››› Ölkə ərazisindən keçən yük maşınlarına qoyulan 700 dollar tələbi…
››› “Zəngəzur namus məsələsidir, güzəşt etmək olmaz”
››› Zirəddin Rzayev: “Pandemiyanın bitməsi üçün insanlara bir şərt qoyulacaq: çipləşdirmə" - Video
››› Rusiyadakı xarici vətəndaşların müvəqqəti yaşayış müddəti uzadılacaq
Son xəbərlər
Bütün xəbərlər »