Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Dövlət başçısı: Tuğ erməni kəndi olsaydı, bunu dağıdardı...
Ilham - Mehriban

“Tuğ kəndinə gəlmişik. Qədim Azərbaycan kəndi Tuğ”.

Bu sözləri Xocavənd rayonunun Tuğ kəndində olan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev deyib.

“Ermənilərin dağıtdıqları Tuğ kəndinin məktəbi. Görün nə günə qoyublar. Sonra da deyirdilər ki, Tuğ kəndi erməni kəndidir. Erməni kəndi olsaydı, bunu dağıdardı? Bura qədim Azərbaycan torpağıdır. Tuğ kəndi həmişə Azərbaycan kəndi olub, bundan sonra da olacaq", - deyə dövlət başçısı əlavə edib.

“Tuğ kəndinin sakinləri öz evlərini təbii ki, tanıyırlar. Əminəm ki, yaxın gələcəkdə Tuğ kəndinin sakinləri öz doğma kəndinə qayıdacaqlar. Görün Azərbaycan necə də gözəldir! Qarabağ necə də gözəldir! Bütün dağılmış kəndləri, şəhərləri bərpa edəcəyik”, - Azərbaycan Prezidenti qeyd edib.

Qeyd edək ki, dövlət başçısının videogörüntüsünü Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva özünün instaqram səhifəsində paylaşıb.

Paylaş »
››› ABŞ və Türkiyə Rusiyanı Qarabağdan necə sıxışdırıb çıxaracaq... - Rusiya mətbuatı
››› Rusiya 120 min azərbaycanlını geri göndərmək istəyir
››› Paşinyandan Naxçıvan açıqlaması – “Reytinqini daha da qaldırmağa çalışır”
››› Gəncləşən ölüm və artırılan pensiya yaşı: “Pensiyaçıların hesabına irəli düşmək istəyirlər”
››› “Şahbaz məhkəmədə Azərbaycan bayrağını təhqir elədi”
››› Hücum diplomatiyasına keçməliyik: Azərbaycanlılar Ermənistana qayıtmalıdır
››› Rusiya Türkiyənin Ukraynaya dəstəyindən narazılığını bildirib
Son xəbərlər
Bütün xəbərlər »