Baş Prokurorluq ehtiyatda olan general-leytanant Rövşən Əkbərovun həbs edilməsi ilə bağlı xəbərə münasibət bildirib.
Bizimyol.info xəbər verir ki, qurumun mətbuat xidmətindən verilən məlumata görə, R.Əkbərovun həbs edilməsi ilə yayılan xəbərlər doğrudur.
Rövşən Əkbərov Baş Prokurorluğun İstintaq İdarəsi tərəfindən aparılan cinayət işi üzrə həbs edilib.
Xatırladaq ki, mətbuatda R.Əkbərovun həbs edildiyi və barəsində məhkəmə tərəfindən 4 aylıq həbs qətimkan tədbiri seçilməsi ilə bağlı məlumatlar yayılıb.
Qeyd olunub ki, ictimaiyyətə daha sonra ətraflı məlumat veriləcək.