Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ermənistan hərbi büdcəni azaldır: Daxili siyasi çəkişmələr, iqtisadi problemlər və hərbi böhran davam edir
İrəvan, Ermənistan

Ermənistan hakimiyyəti hərbi büdcənin azaldılması məsələsini fəal şəkildə müzakirə edir.

Bu barədə “168․am” yazıb.

Qeyd edilir ki, son vaxtlar bununla bağlı artıq iki dəfə müzakirələr aparılıb. Bunlardan biri hökumət üzvləri arasında, digəri Müdafiə Nazirliyində olub.

"Söhbət milyardlardan gedir, maraqlı şəxslər baş nazirin müavini Tiqran Avinyan, baş nazirin digər müavini Mqer Qriqoryan, baş nazir aparatının rəhbəri Arsen Torosyandır. Tiqran Avinyan hətta Müdafiə Nazirliyinin nümayəndələrinə deyib: "Siz onsuz da (müharibəni-red) uduzmusunuz. Belə büdcə nəyinizə lazımdır?", - nəşr qeyd edib.

“Əldə etdiyimiz məlumata görə, Müdafiə Nazirliyində hərbi büdcənin ixtisarı ilə bağlı faktiki olaraq, nəzərə alınmayan və narazılıqlar və fikir ayrılıqları var. Ən yaxşı halda məbləğin azaldılması ilə bağlı dəyişiklik olacaq”, - “168․am” vurğulayıb. (Report.az)

Hərbi ekspert Ədalət Verdiyev Bizimyol.info-ya bildirib ki, 44 günlük müharibədə məğlub olan Ermənistanı daxili siyasi çəkişmələr, iqtisadi problemlər və hərbi böhran hələ bir müddət silkələməkdə davam edəcək.

Ədalət Verdiyev Ədalət Verdiyev

“Müharibədən sonrakı dövrdə Ermənistanda hərbi-siyasi böhranla bərabər iqtisadi böhranın da yaranacağı gözlənilən idi. Belə bir mürəkkəb vəziyyətdə işğalçı orduya müharibədə itirdikləri silah və sursatların yerini doldurmaq üçün zəruri olan məbləğin kiçik bir hissəsinin ayrılmasında belə Ermənistan iqtisadiyyatı ciddi çətinliklər çəkir.

Mövcud olan problemlərin heç də bir-iki ildə həll olunacağını ehtimal etmək doğru olmaz. Problemlərin kökü kifayət qədər dərindədir. Onları həll etmək üçün Ermənistana 5 ildən 10 ilədək müddət lazım olacaq. Bu müddət ərzində isə mütləq şəkildə qonşularla, xüsusilə Azərbaycan və Türkiyə ilə normal münasibətlər formalaşdırmaq vacibdir.

Daxili siyasi çəkişmələr, iqtisadi problemlər və hərbi böhran Ermənistanı hələ bir müddət silkələməkdə davam edəcək. Bu kataklizmlərin aradan qaldırılması Ermənistandan həm qonşu ölkələrlə, həm də regionun digər dövlətləri ilə normal, qarşılıqlı, faydalı əməkdaşlıq münasibətləri qurmağı tələb edir.

Sərhədlərinə yaxın olan hər bir ölkəyə qarşı davamlı olaraq ərazi iddiaları ilə çıxış etməsi Ermənistanı yaxın gələcəkdə daha dərin böhranlara sürükləyə bilər. Odur ki bu məsələdə Ermənistan hakimiyyəti ilə bərabər erməni xalqı qısa müddət ərzində daha dərindən düşünməlidir”,-deyə hərbi ekspert Ədalət Verdiyev bildirib.

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin eksperti Orxan Bağırov Bizimyol.info-ya bildirib ki, böhran içində olan Ermənistanda müxtəlif istiqamətlər üzrə büdcə xərclərini, o cümlədən hərbi xərcləri azaltmaq istəyirlər.

Orxan Bağırov Orxan Bağırov

“Son günlər Ermənistanda hərbi xərclərin azaldıması ilə bağlı müzakirələrin aparılması başa düşüləndir.

Mövcud vəziyyətə nəzər salsaq, Ermənistan ciddi promlemlərlə qarşı-qarşıyadır. Müharibənin nəticəsində Ermənistanın əlindən böyük həcmdə enerji, kənd təsərrüfatı, mineral resurslar əldən çıxıb. Çünki ərazilər işğaldan azad edildiyi üçün həmin resurslardan məhrumdur. Enerji təminatı və qida təhlülkəsizliyi ilə bağlı ciddi problem yaşayırlar.

Bu problemləri həll etmək üçün Ermənistan gərək xaricdən borclar götürsün. Xarici borcları da artırmaq imkanları isə çox məhduddur. Keçən il xarici borcları 9 faiz artıb.

Pandemiya da Ermənistanda ciddi maliyyə problemləri yaradır. Biznes və iqtisadi fəaliyyət məhdudlaşdırılıb deyə dəstək tədbirlərini davam etdirməlidirlər. Bunun üçün də maliyyə vəsaitinə ehtiyac vardır.

Bu ölkənin milli valyutasının dekabrın 10-dan sürətlə ucuzlaşması prosesi gedir. Valyuta sabitliyini qorumaq üçün Ermənistan məcburdur ki valyuta resurslarından istifadə etsin.

Ermənistanda büdcədən maliyyələşən təşkilatlarda ixtisarların aparılması müzakirə edilir. Ümumiyyətlə, müxtəlif istiqamətlər üzrə büdcə xərclərini azaltmaq istəyirlər. Onlardan biri də hərbi xərclərdir.

44 günlük müharibənin nəticəsində rəsmi məlumata görə Ermənistan 4 minə yaxın canlı itki verib. Əhalinin həmin təbəqəsinin sosial müdafiəsi üçün əlavə vəsait xərclənməlidir.

Odur ki Ermənistanın hərbi xərcləri azaltmaqdan başqa çarəsi yoxdur”,-deyə Orxan Bağırov bildirib.

Paylaş »
››› Xəstəxanaların can bazarı – Çalış ölmə!
››› “Ermənistanın Zəngəzur dəhlizini açmaması Rusiyaya qarşı demarş olar”
››› Rusiya və Çexiya arasında diplomatik qalmaqal böyüyür
››› “Zəngəzur namus məsələsidir, güzəşt etmək olmaz”
››› Ölkə ərazisindən keçən yük maşınlarına qoyulan 700 dollar tələbi…
››› Zirəddin Rzayev: “Pandemiyanın bitməsi üçün insanlara bir şərt qoyulacaq: çipləşdirmə" - Video
››› Qərbin hədələri Kremli qorxutdu: Qoşunlarını geri çəkir...
Son xəbərlər
Bütün xəbərlər »